DOI: https://doi.org/10.36719/2663-4619/116/71-74
Səyyad İbrahimov
Azərbaycan Texniki Universiteti
https://orcid.org/0009-0005-9224-6853
ibrahimovsayyad01@gmail.com
Əşyaların interneti əsaslı ağıllı idarəetmə sistemləri: arxitektura,
təhlükəsizlik və optimallaşdırma
Xülasə
Əşyaların İnterneti (Internet of Things – IoT) texnologiyası müasir ağıllı idarəetmə sistemlərinin əsasını təşkil edərək müxtəlif sahələrdə proseslərin optimallaşdırılması, avtomatlaşdırılması və real vaxtda qərarvermənin təmin olunmasında mühüm rol oynayır. Bu tədqiqatda IoT əsaslı idarəetmə sistemlərinin çoxsəviyyəli texniki arxitekturası, məlumat axınının təşkili, enerji səmərəliliyi, təhlükəsizlik tədbirləri və optimallaşdırma yanaşmaları kompleks şəkildə təhlil olunmuşdur. IoT-in tətbiq sahələrində – sənaye, kənd təsərrüfatı, nəqliyyat və şəhər infrastrukturunda – qarşıya çıxan texniki və funksional problemlər real nümunələr əsasında qiymətləndirilmiş, onların həlli üçün tətbiq edilən texnologiyalar və metodoloji yanaşmalar müqayisəli şəkildə analiz olunmuşdur. Araşdırmanın məqsədi ağıllı idarəetmə sistemlərinin effektivliyini artırmaq üçün nəzəri baza və texniki istiqamətləri müəyyənləşdirməkdir. Əldə edilən nəticələr göstərir ki, edge computing (kənar hesablama), enerji optimallaşdırma strategiyaları, təhlükəsizlik protokolları və standartlaşdırılmış interfeys yanaşmaları sistemlərin dayanıqlılığını və performansını əhəmiyyətli dərəcədə artırır. Gələcək tədqiqatlar süni intellektin dərin inteqrasiyası və kvant hesablama texnologiyaları ilə IoT sistemlərinin birləşdirilməsinə yönəlməlidir.
Açar sözlər: Əşyaların İnterneti (IoT), ağıllı idarəetmə, arxitektura, təhlükəsizlik, optimallaşdırma, enerji səmərəliliyi, kenar hesablama