Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/55/100-104

Gülnar Əliyeva

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0000-3821-7609

eliyeva.gulnar.2000@gmail.com

 

Enerji sektorunda hüquqi islahatların investisiya mühitinə təsiri

 

Xülasə

 

Məqalədə enerji sektorunda həyata keçirilən hüquqi islahatların investisiya mühitinə təsiri təhlil olunur. Araşdırmada göstərilir ki, hüquqi islahatların əsas məqsədləri bazarın liberallaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırma və hüquqi sabitliyin təmin edilməsidir. Bu islahatlar yerli sərmayədarlar üçün daha əlçatan və sabit mühit formalaşdırdığı halda, xarici investorlar üçün hüquqi təminatlar, beynəlxalq arbitraj imkanları və ikili investisiya sazişləri vasitəsilə əlavə etimad yaradır. Məqalədə, həmçinin, beynəlxalq təcrübə fonunda Azərbaycanın enerji sektoruna investisiya axınını artırmaq üçün strateji yanaşmalar – dövlət-özəl tərəfdaşlığı modellərinin inkişafı, bərpa olunan enerji sahəsində hüquqi təşviqlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi – irəli sürülür.

Açar sözlər: enerji sektoru, hüquqi islahatlar, investisiya mühiti, yerli sərmayə, xarici sərmayə, dövlət-özəl tərəfdaşlığı, bərpa olunan enerji, beynəlxalq arbitraj, hüquqi sabitlik

 


Baxış: 3