Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/106-113

Rauf Salamov

Bakı Biznes Universiteti

magistrant

https://orcid.org/0009-0008-2167-8538

rauf.salamov13@inbox.ru

 

Emal sənayesində istehsalın təşkili və sahələrarası əlaqələrin

tənzimlənməsi (tekstil və geyim sənayesi üzrə analitik yanaşma)

 

Xülasə

 

Məqalədə emal sənayesində istehsalın təşkili və sahələrarası əlaqələrin əhəmiyyəti, xüsusilə tekstil və geyim sənayesi nümunəsində geniş şəkildə təhlil edilir. Emal sənayesinin iqtisadiyyatdakı rolu, onun digər sahələrlə (kənd təsərrüfatı, kimya, maşınqayırma, logistika, maliyyə və innovasiya sektorları) qarşılıqlı asılılığı vurğulanır. Tekstil sənayesinin əmək tutumlu, ixrac yönümlü, yüksək əlavə dəyər yaradan sahə kimi strateji əhəmiyyəti qeyd olunur. Qlobal tekstil bazarının inkişaf tendensiyaları, onlayn ticarətin artması, yeni texnologiyaların (3D dizayn, smart geyimlər, avtomatlaşdırma) tətbiqi və regionlar üzrə bazar payları məqalədə göstərilir. Azərbaycanda bu sektorun inkişafı pambıqçılığın bərpası, sənaye parklarının yaradılması, “Azərxalça” ASC və Sumqayıt, Mingəçevir tekstil komplekslərinin fəaliyyəti kimi dövlət təşəbbüsləri ilə əlaqələndirilir.

Nəticə etibarilə, Sənaye 4.0 texnologiyalarının tətbiqi, sahələrarası koordinasiya, innovativ həllər və dövlət dəstəyi tekstil sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsində əsas amillər kimi qiymətləndirilir.

Açar sözlər: emal sənayesi, tekstil sənayesi, geyim sənayesi, istehsalın təşkili, sahələrarası əlaqə, Sənaye 4.0, innovasiya, ixrac yönümlü istehsal, dövlət dəstəyi, texnoloji inkişaf

 


Baxış: 58