DOI: https://doi.org/10.36719/2789-6919/54/88-91
Arif Quliyev
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0002-6887-7274
arifquliyev441@gmail.com
Elektron ticarətdə müştəri məmnuniyyətinin əhəmiyyəti
Xülasə
Elektron ticarət mühitində müştəri məmnuniyyəti böyük əhəmiyyət kəsb edir, çünki bu, müəssisələrin davamlı uğuruna və rəqabət qabiliyyətinə birbaşa təsir edir. İnternetin sürətlə inkişaf etməsi və onlayn alış-verişin artan populyarlığı ilə müştərilər daha çox seçim imkanı əldə edib, onların tələbləri və gözləntiləri də buna uyğun olaraq yüksəlmişdir. Müştəri məmnuniyyətinin təmin edilməsi, müəssisələrin yalnız satışlarını artırması ilə kifayətlənməyib, həm də marka sadiqliyini gücləndirir və müştəri bazasının genişlənməsinə kömək edir.
Elektron ticarət müştərilərinin məmnuniyyəti bir neçə amildən asılıdır, bunlar arasında məhsul və xidmət keyfiyyəti, müştəri dəstəyinin effektivliyi, çatdırılma sürəti və təhlükəsizlik məsələləri xüsusilə önə çıxır. Məhsulun doğru təsviri, keyfiyyətli şəkillər və müştəri rəyləri, müştərinin qərarını asanlaşdırır və alış-veriş təcrübəsini müsbət istiqamətə yönləndirir. Həmçinin, müştəri dəstəyi xidmətlərinin səmərəliliyi və cavab sürəti, müştərinin təcrübəsini yaxşılaşdıran vacib faktorlardır.
Müştəri məmnuniyyətini artırmaq üçün elektron ticarət şirkətləri mütəmadi olaraq istifadəçi dostu interfeyslər yaratmalı, müştəri məlumatlarını qorumağa diqqət etməli və etibarlı ödəmə sistemləri təqdim etməlidir. Bu yanaşmalar yalnız müştəriləri cəlb etməkdə deyil, eyni zamanda onlarla uzunmüddətli əlaqələr yaratmaqda da vacibdir. Şirkətlər, müştəri məmnuniyyətini ölçmək üçün anketlər və rəylərdən istifadə etməli, bu məlumatları xidmətlərini təkmilləşdirmək və müştəri tələblərinə uyğunlaşdırmaq üçün analiz etməlidir.
Açar sözlər: sürətli, unikal, eksklüziv, qazanclı, təklif, təhlükəsiz, hədiyyə