Pəri Hüseynova
Naxçıvan Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0002-7021-7806
perihuseynova@ndu.edu.az
Aytac Ələkbərova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0002-9970-7155
aytaclkbrli30@gmail.com
Aynur Əliyeva
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0003-0013-2206
aynuraliyeva05@icloud.com
Səkinə Abdullayeva
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0000-4378-0148
abdlyvas17@gmail.com
Aliyə Cəfərli
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0001-3609-3873
ceferlialiye055@gmail.com
Efir yağı tərkibli bioloji parçalana bilən nişasta-pektin biopolimeri
Xülasə
Bu tədqiqat nişasta, mandarin (Citrus reticulata) qabıqlarından çıxarılan pektin, ionlu çarpaz bağlayıcı kimi kalsium xlorid və təbii antimikrob, o cümlədən, hidrofobluğu dəyişən komponent kimi iştirak edən mandarin efir yağına əsaslanan bioloji parçalana bilən biopolimerin sintezi və xarakteristikasını təqdim edir. Polimer örtüklər nazik təbəqələr şəklində qəliblərdə qurudulmuş və hərtərəfli fiziki-kimyəvi, mexaniki, struktur və mikrobioloji metodlarla tədqiq edilmişdir. Efir yağının daxil edilməsi polimer örtüyün elastikliyini nəzərəçarpacaq dərəcədə artırmış, suda həllolmanı azaltmış, eyni zamanda, Escherichia coli və Staphylococcus aureus bakteriyalarına qarşı antimikrob xassəni gücləndirmişdir.
Furye çevrilməli infraqırmızı spektroskopiyası intensivləşmiş molekullararası hidrogen rabitəsini və Ca²⁺ ionlarının təsirilə əlavə koordinasiya qarşılıqlı təsirlərinin formalaşmasını təsdiqlədi. SEM mikroqrafları faza ayrılması olmadan homogen və yığcam polimer şəbəkəsi aşkar etdi və bu da komponentlər arasında effektiv uyğunluğu təsdiqlədi. Əldə edilən nəticələr göstərir ki, nişasta-pektin-kalsium xlorid-mandarin yağı kompoziti bioloji parçalana bilən qida-qablaşdırma sistemlərində, o cümlədən, mexaniki dayanıqlıq və antimikrobiyal xüsusiyyət tələb edən digər ekoloji cəhətdən dayanıqlı biomateriallarda istifadə üçün perspektivli namizəddir.
Gələcək tədqiqatlarda efir yağının tərkibə daxil edilməsinin dəqiq tənzimlənməsinə və yan təsirlərinin daha geniş aspektdə araşdırılmasına, real saxlanma şəraitində istismar xassələrinin öyrənilməsinə, torpaq və sulu mühitlərdə uzunmüddətli biodeqradasiya kinetikasının qiymətləndirilməsinə diqqət yetirməlidir.
Açar sözlər: nişasta, pektin, kalsium xlorid, biopolimer, çarpaz birləşmə