Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/126/39-42

Səbuhi Həşimov

Heydər Əliyev adına Hərbi İnstitut

https://orcid.org/0009-0003-2982-7220

sebuhiheshimov83@mail.ru

 

Döyüşdə psixoloji üstünlüyün əhəmiyəti

 

Xülasə

 

Müasir müharibə şəraitində şəxsi heyətin döyüş qabiliyyətini müəyyən edən əsas amillərdən biri onun psixoloji üstünlüyüdür. Psixoloji üstünlük yalnız fiziki hazırlıq və silah üstünlüyü ilə deyil, həm də döyüşçünün mənəvi dayanıqlığı, inamı, iradəsi və emosional sabitliyi ilə formalaşır. Müharibə şəraitində insan davranışının öyrənilməsi göstərir ki, yüksək psixoloji hazırlığa malik şəxsi heyət daha tez qərar qəbul edir, stressə qarşı daha davamlı olur və komanda daxilində sarsılmaz birlik nümayiş etdirir. Azərbaycan ordu quruculuğunda şəxsi heyətinin təkcə silah və təhsilli ordu yaradaraq irəliləməsi ilə deyil, həm də lider komandirlər yetişdirdi. Liderin həmişə məqsədi və missiyası olmalıdır. Azərbaycan zabitinin isə bir məqsədi və missiyası işğal olunmuş torpaqlarımızı xilas etmək idi. İstər döyüşdən əvvəlki proseslərdə, istərsə də döyüş şəraitində hərbçinin əhval ruhiyyəsinin yüksək olması istənilən nəticənin əldə olunması üçün çox önəmlidir.

Açar sözlər: psixoloji, motivasiya, döyüş, hazırlıq, ordu

 


Baxış: 10