Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/54/42-47 

Elgün Cəlalzadə

NANO İKT

https://orcid.org/0000-0003-4391-3769

calalzadelgun00@gmail.com

 

Dövlət dəstəyi proqramlarının kiçik və orta

sahibkarlığın inkişafına təsiri

 

Xülasə

 

Kiçik və orta biznes (KOB) müasir iqtisadiyyatın əsas dayaqlarından biridir və iqtisadi inkişafın təmin edilməsində, məşğulluğun artırılmasında, innovativ fəaliyyətin təşviqində və bazar rəqabətinin gücləndirilməsində mühüm rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlət tərəfindən düzgün qurulmuş tənzimləmə siyasəti və məqsədyönlü dəstək mexanizmləri KOB-ların sürətli inkişafı üçün əlverişli şərait yaradır. Bu mexanizmlərə vergi güzəştləri, subsidiyalar, kredit resurslarına çıxışın asanlaşdırılması, innovativ bizneslərin stimullaşdırılması və qanunvericilik bazasının optimallaşdırılması daxildir.

Azərbaycanda KOB-ların əsas dəstək mexanizmləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə təmin olunur. Agentlik sahibkarlara təlim-tədris, hüquqi və məsləhət xidmətləri, innovasiya, marketinq və maliyyə sahələrində geniş imkanlar təqdim edir.

Son illərdə Azərbaycanda vergi dərəcələrinin proporsional sistemə keçirilməsi, ƏDV-nin azaldılması, sosial sığorta ayırmalarının endirilməsi və KOB-lar üçün sadələşdirilmiş vergi sisteminin tətbiqi kimi tədbirlər həyata keçirilmişdir. Vergi güzəştləri vergi ödəyicilərinin tam və ya qismən azad olunmasını, ödəniş müddətinin uzadılmasını və vergi bazasının optimallaşdırılmasını təmin edir. Gələcəkdə əsas prioritetlər rəqabətqabiliyyətli biznes mühitinin yaradılması, qanunun aliliyinin gücləndirilməsi və KOB-lar üçün bərabər rəqabət şəraitinin təmin edilməsidir. Maliyyəyə məhdud çıxış hələ də əsas maneə kimi qalır, buna görə də qəbul edilmiş islahatların tam və effektiv tətbiqi strateji əhəmiyyət daşıyır.

Açar sözlər: yerli, biznes, sahibkarlıq, subsidiya, istehsal

 


Baxış: 27