DOI: https://doi.org/10.36719/2663-4619/113/296-299
İradə Şərifova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0008-3970-8061
irada.sharifova.85@mail.ru
Dekart hasillərin və filtirlərin Replik sistemlərdə tətbiqi
Xülasə
Çoxobrazlılar və Kvaziçoxobrazlılar nəzəriyyələri cəbr və riyazi məntiq nəzəriyyələri əsasında eyniliklər cəbri sistemlər siniflərini öyrənir. Kvaziçoxobrazlılar haqqında ilk nəticələr konkret cəbri problemlərin həlli ilə bağlıdır. Cəbr və riyazi məntiqin müstəqil bölməsi kimi kvaziçoxobrazlılar nəzəriyyəsi Maltsevin, Yonsonun,Makkenzinin və digərlərinin elmi işlərində öz əksini tapmışdır. Kvaziçoxobrazlılar nəzəriyyəsində ilk ümumi nəticələr nəzəri-model metodları vasitəsi ilə alınmışdır. Kvaziçoxobrazlılar nəzəriyyəsi daxilində modellər nəzəriyyəsinin bir çox problemlərini həll etmək mümkün olmuşdur. Buna görə də tətqiqat işi topoloji çoxobrazlılar üçün əhəmiyyət kəsb edir.
Açar sözlər: çoxobrazlı, kvaziçoxobrazlı, topologiya, replik sistemlər, dekart hasillər