Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/125/59-63

Şəbnəm Xəlilzadə

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Xarici Dillər Mərkəzi
https://orcid.org/0000-0002-5130-5723
khalilzade90@inbox.ru

 

Corc Sondersin yaradıcılığında tarixi gerçəklik payı

 

Xülasə

 

Son dövrlərdə bir sıra tədqiqatçılar çağdaş ingilis dilində yazılmış tarixi ədəbiyyat haqqında monoqrafiyalar və redaktə olunmuş məqalə topluları hazırlamışlar ki, bu da janrın əhəmiyyətini və fərqli oxucu qrupları üçün artmaqda olan cazibəsini əks etdirir.

Tarixi roman geniş janr çərçivəsində alternativ tarixlər, zaman-keçid romanları, tarixi fantastika və saxta tarixlər kimi müxtəlif növləri də qəbul edir. Bu təhlillərə daha yeni bir inkişaf kimi neo-tarixi romanı da əlavə edə bilərik.

Corc Sonders Linkoln Bardoda romanında ənənəvi roman janrının tələblərindən kənara çıxaraq hər bir obraz üçün yeni, fərdi danışıq tərzi yaratmışdır. Belə ki, o, burada səhnə əsəri və ya ssenariyə xas olan vasitələrdən istifadə edir. Əvvəlcə obraz bir şey deyir, sonra həmin cümlənin sonunda, sanki kimdənsə bir sitat gətirirmiş kimi, onun adı gəlir. Sonders bu üsulu tez-tez, real tarixi kitab və sənədlərdən gətirdiyi sitatlara tətbiq edir.

Sonders Amerikada Vətəndaş Müharibəsi dövründə baş vermiş hadisələri birbaşa təqdim etmir, onları dolayı yollarla, eyhamla əks etdirir.

Yazıçı bu əsəri ilə tarixin necə yaradıldığı və mədəni şəkildə ötürüldüyü düşüncəsini pozaraq, xüsusilə də bütünlük təşkil edən tarixi narrativ anlayışını sarsıdaraq, oxucunu XIX əsrin ortalarına aid Amerika tarixi və milli identikliyin formalaşması ilə bağlı əvvəlki qənaətlərini yenidən nəzərdən keçirməyə vadar edir.

Açar sözlər: Amerika tarixi, tarixi roman, Avraham Linkoln, irqi ayrı-seçkilik, neo-tarixi roman

 


Baxış: 94