Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/129-134

Alim Allahverdiyev

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0003-9610-7012

aallahverdilii@gmail.com

 

COP29 və Azərbaycan: Qlobal ekoloji davamlılıq təşəbbüslərinin

milli siyasətə təsiri

 

Xülasə

 

Məqalədə COP29 kimi qlobal ekoloji konfransların Azərbaycan Respublikasının milli ekoloji siyasətinə təsiri kompleks şəkildə təhlil edilir. Xüsusilə, ölkənin bu konfrans çərçivəsində qəbul etdiyi iqlim öhdəliklərinin hüquqi və institusional səviyyədə hansı dəyişikliklərə səbəb olduğu araşdırılır. İşğaldan azad olunmuş ərazilərin ekoturizm potensialı, dövlət proqramlarında ekoloji təşəbbüslərin rolu, xüsusi iqtisadi zonaların hüquqi rejimi və yerli-xarici maraqların balansı kimi məsələlər elmi əsaslarla təhlil olunmuşdur. Məqalədə həmçinin Azərbaycan qanunvericiliyinin beynəlxalq ekoloji normalarla uyğunlaşdırılması, idarəetmədə koordinasiyanın gücləndirilməsi, ekoloji məsuliyyət və maliyyə stimulları kimi mexanizmlər də qiymətləndirilmişdir. Nəticədə, COP29-un təsiri ilə Azərbaycan üçün yeni bir yaşıl hüquqi mühitin formalaşması istiqamətində praktiki və strateji təkliflər irəli sürülmüşdür.

COP29-un Azərbaycanda keçirilməsi, ölkənin ekoloji siyasətinə qlobal ekoloji idarəetmə sisteminin struktur elementlərini daxil etməsi üçün konkret imkanlar yaratmışdır. Bu konfrans çərçivəsində əldə olunan beynəlxalq razılaşmalar və tövsiyələr yalnız iqlim dəyişiklikləri ilə mübarizədə deyil, həm də milli qanunvericiliyin transformasiyası və institusional islahatların sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Həmçinin, Azərbaycanın yaşıl maliyyə alətlərinə çıxış imkanları genişlənmiş, bu da post-COP dövründə investisiya yönümlü ekoloji təşəbbüslərin həyata keçirilməsi üçün münbit zəmin yaratmışdır.

Açar sözlər: COP29, ekoloji siyasət, iqlim dəyişiklikləri, Azərbaycan, yaşıl iqtisadiyyat, ekoturizm, beynəlxalq öhdəliklər, hüquqi tənzimləmə, azad iqtisadi zonalar

 


Baxış: 51