Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/89-94

Pərvin Həsənova

Azərbaycan Dillər Universiteti

https://orcid.org/0009-0008-5867-0417

prvinhsnova4@gmail.com

 

Con Faulzun yaradıcılığında magik elementlərin ədəbi strukturu

 

Xülasə

 

Məqalə, XX əsr bədii şüurunda magik realizm probleminin təzahür xüsusiyyətləri və bu metodun Con Faulz yaradıcılığında tarixi, məhəbbət, psixoloji və mənəvi keyfiyyətlərin təsviri kontekstində araşdırılması məsələsinə həsr olunmuşdur. Con Faulz yaradıcılığında antik obrazlar və mifoloji motivlərin “Volxv” və “Mantissa” romanlarında magik realizmin təzahür xüsusiyyəti kimi qiymətləndirilməsi tədqiqatın problemi kimi dəyərləndirilir. Bu romanlarda magik realizm həyatın adiliklərində möcüzə tapmaq, əsərlərin ideya-məzmun qatına tutum, məna vermək, obrazların şəxsi keyfiyyətlərini, mənəvi dünyalarının zənginliklərini daha rəngarəng, təbii və canlı şəkildə təsvir etmək vasitəsidir. Eyni zamanda Con Faulzun magik realizmi, reallığın qeyri-mümkün məqam­larını, ekzistensial problemlərin tarixin müxtəlif dönəmlərində təkrarlandığını göstərmək vasitəsinə çevrildiyini və bu yanaşmanın onun ədəbi mirasına necə təsir etdiyi təhlil edilir.

Açar sözlər: ingilis ədəbiyyatı, magik realizm, fantastika, mistik elementlər, mif


Baxış: 180