DOI: https://doi.org/10.36719/2663-4619/113/101-106
Sevinc Pəniyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
https://orcid.org/0009-0000-5279-762X
veliyevasevinc1502@gmail.com
Biologiyanın tədrisində differensial yanaşmanın elmi-psixoloji əsasları
Xülasə
Məqalədə biologiya dərslərində bütün şagirdlərin ehtiyaclarını qarşılamaq üçün – şagirdlərin nə öyrəndiyinə (məzmun), informasiyanı necə mənimsədiklərinə (informasiyanın emalı), bilik və bacarıqlarını necə nümayiş etdirmələrinə (nəticə) və tədrisin harda və kiminlə baş tutmasına (təlim mühiti) dəyişiklik etməklə hazırlanmış öyrətmə metodu differensiasiya haqqında məlumat verilmişdir. Differensial təlim hər bir şagirdin fərdi xüsusiyyətlərini təlimdə və qiymətləndirmədə nəzərə alaraq öyrənmə prosesini artırır. Differensial təlim bütün uşaqlara eyni təlim materialını fərdi bacarıqlar əsasında biçilmiş metodla qavramasına imkan verir.
Açar sözlər: differensial, təlim, yanaşma, keyfiyyət, məzmun, proses, məhsul, öyrənmə mühiti