DOI: https://doi.org/10.36719/2789-6919/64/224-232
“Big-6” və “Bronze-708” hinduşkalarının bəslənməsi
Xülasə. “Big-6” və “Bronze-708” hinduşkalarının qida maddələri baxımından balanslaşdırılmış və tam dəyərli rasionlarla bəslənməsi, onların səmərəli böyüməsinə və canlı çəkilərinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradır. Rasionun zəruri makro- və mikroelementlər, vitaminlər və yüksək keyfiyyətli zülalla zənginləşdirilməsi; optimal fizioloji vəziyyətin qorunması, xəstəliklərə qarşı müqavimətin artırılması, həmçinin böyümə və məhsuldarlıq göstəricilərinin yaxşılaşdırılması üçün həlledici əhəmiyyət daşıyır. Beləliklə, tam dəyərli və düzgün balanslaşdırılmış rasionlardan istifadə, yüksək məhsuldarlıq potensialına malik sağlam hinduşkaların uğurla yetişdirilməsinə töhfə verə bilər.
Açar sözlər: makro- və mikroelementlər, vitaminlər, rasion, zülal, “Big-6”, “Bronze-708”, yem, tam dəyərli yem, bəsləmə, canlı çəki