Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/121/17-21

Toğrul Vəliyev

Bakı Dövlət Universiteti

hüquq üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0006-8127-9776

veliyevtogrul@yandex.com

 

Beynəlxalq iqtisadi hüquq kontekstində transmilli korporasiyalar

 

Xülasə

 

Müasir dünya iqtisadiyyatı müxtəlif kənar və daxili müdaxilələrin təsiri ilə inkişaf etməkdə və yeni məzmunları əhatə edəcək şəkildə formalaşmaqdadır. Sözügedən formalaşma dünya iqtisadiyyatının inkişafı və dövrün tələblərinə uyğunlaşması kimi nəzərdən keçirilir. Günümüzdə bir çox sahədə olduğu kimi, beynəlxalq iqtisadi münasibətlərdə də beynəlmiləşmə, qloballaşma və transmil-liləşmə prosesləri bu inkişafın əsasında dayanan amillərdən hesab edilir və qarşılıqlı əlaqədə nəzərdən keçirilir.

Sadalanan proseslərin hər biri öz-özlüyündə müxtəlif xüsusiyyətlərə malik olub, fərqli məzmunları əhatə etsə də, hər birinin kökündə ictimai münasibətlərin əhatə dairəsinin genişlənməsi, dövlət sərhədləri və, ümumiyyətlə, sərhəd anlayışının aşılması kimi ümumi ideologiyalar dayanmaqdadır. Qeyd olunan ideologiyaların beynəlxalq iqtisadi münasibətlərdə təzahürü kimi nəzərdən keçirdiyimiz transmilli korporasiyaların müasir dövrdə həm iqtisadiyyatda, həm də beynəlxalq hüquq münasibət-lərində rolunun artması müşahidə olunmaqdadır.

Transmilli korporasiyalar beynəlxalq iqtisadi münasibətlərin mühüm iştirakçılarından biri olaraq, onun elmi tədqiqatına daha çox iqtisadiyyat elminin müxtəlif sahələrində rast gəlinir. Transmilli korporasiyalar istər təşkilati-struktur baxımından, istərsə də beynəlxalq iqtisadi hüquq münasibətlərində iştirakının və hüquq subyektliyinin tədqiq edilməsi zərurəti onu beynəlxalq hüquq müstəvisi-nin aktual problemlərindən birinə çevirmişdir.

Açar sözlər: Transmilli korporasiyalar, beynəlxalq hüquq, iqtisadi hüquq, qloballaşma, sərmayə


Baxış: 266