Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/53/94-98

Xəyalə Söhbətova

Bakı Slavyan Universiteti

magistrant

https://orcid.org/0009-0002-8405-2280

murselsohbetov@gmail.com

 

Bəxtiyar Vahabzadə yaradıcılığında

frazeologizmlərin üslubi mövqeyi

 

Xülasə

 

Frazeoloji vahidlər nəzm və nəsr əsərlərində geniş şəkildə istifadə olunan üslubi vasitələrdir. Dilçilik elmində leksikologiya bəhsinin daxilində tədris edilən frazeolo­gizmləri leksik üslubi vasitələrə aid edə bilərik. Lakin sabit söz birləşmələrinin ekspressiv-emosional funksiyası nəzm əsərlərində ortaya çıxır. Nəsr əsərlərində isə frazemlər fikri ifadə etmək üçün vasitə hesab edilir. Beləliklə, sabit söz birləşmələri bədii nümunələrdə sintaktik – üslubi fiqur rolunda çıxış edir. Bəxtiyar Vahabzadə bədii yaradıcılığı da frazeoloji leksika baxımından seçilir. Şair frazeoloji birləşmələri inversiya vasitəsilə poetik məzmuna məharətlə uyğunlaşdırmışdır. Bu uyğunlaşma bədii dilə ritm və ahəngdarlıq bəxş etmişdir. Məqalədə şairin yaradıcılığındakı rast gəlinən frazemlər semantik cəhətdən müsbət, mənfi və neytral çalarlar ifadə etməsi baxımından üç qrupa ayrılıb. Lakin bunların sırasında mənfi frazeologizmlər üstünlük təşkil edir. Şairin vətənpərvərlik və məhəbbət mövzulu poeziyası isə müsbət frazeoloji birləşmələrin istifadəsi baxımından xüsusilə seçilir. Neytral frazeoloji vahidlər isə ekspressivlik ifadə etməsə də, məcaz qismində çıxş etmişdir. Bununla da rəngarəng çalarlara malik olan frazemlər fikri qüvvətləndirərək obrazlılıq yaratmışdır. Frazeoloji vahidlərin ikinci mühüm funksiyası xəlqilik yaratmasıdır. Bu ifadələr xalqın düşüncə tərzini əks etdirdiyi üçün səmimi təsir bağışlayır. Sadə birləşmələr vasitəsilə sənətkar öz fikirlərini daha təsirli şəkildə oxucunun gözləri qarşısında canlandıraraq dramatik səhnə yaradır.

Açar sözlər: bədii dil, frazeologizmlər, sabit söz birləşmələri, üslubi funksiya, emosionallıq

 


Baxış: 30