Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Bəhram Osmanov tamaşalarında

rejissor-müəllif tandemi

 

Pərviz Gülməmmədov Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Azərbaycanın görkəmli teatr rejissoru Bəhram Osmanov bütün yaradıcılığı boyu qoyduğu tamaşalarının həmmüəllifinə çevrilməyi bacarmışdır. Bunu təbii ki, düzgün rejissor-dramaturq, rejissor-müəllif tandemi yaratmadan həll etmək qəliz məsələdir. Necə ki, səhnəyə qoyduğu hər bir əsərdə bütün yaradıcı heyyətlə ciddi şəkildə sıx əlaqə qurur, həmçinin bu müəllifdən də yan keçmir. Onun aktyoru da öz rolunun həmmüəllifinə çevirməsi bacarığı da elə özünün həmmüəllifə çevrilmək bacarığından yaranır. Belə ki, onun tamaşalarında bütün aktyor ansamblı vahid bir hədəfə doğru inamla irəliləyir. Bunun üçün onlara ruh verən məhz rejissorun özünün inamlı şəkildə həmmüəllif kimi çıxış edə bilməsidir. Məhz bu cür rejissora aktyor ansamblı, quruluşçu rəssam, bəstəkar və ümumilikdə bütün yaradıcı heyət inanır, güvənir. Bunun üçün də rejissorun müəlliflə bərabər işi və hələ aktyorların qarşısına çıxmadan bütün detalları aydınlaşdırması vacibdir. Məhz bu məsələ hər zaman təkrar-təkrar Azərbaycan teatrında və hətta dünya teatrında qarşılaşdığımız problemdir. Bu problemi həll etmək üçün tədrisdən başlayaraq müəllif fikrinə hörməti əsas meyarlardan biri kimi təqdim və təbliğ etmək vacibdir.

 

Açar sözlər: teatr, dram, pyes, rejissor sənəti, tamaşa, dramaturq

 


Baxış: 6