Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/55/52-61 

Ofeliya Tağıyeva

Bakı Slavyan Universiteti

https://orcid.org/0009-0002-355-2297

ofeliya.salimova@yandex.com

 

Bədii diskursda tarixi-mədəni markerlərin konseptogenezisi

 

Xülasə

 

Məqalə bədii diskursda tarixi-mədəni markerlərin konseptogenez mövqeyindən tədqiqinə həsr olunmuşdur. Əsas diqqət leksik vahidlərin tarixi, sosial və mənəvi-mədəni təcrübənin aspektlərini necə kodlaşdırdığını müəyyənləşdirən koqnitiv-semiotik mexanizmlərin aşkarlanmasına yönəldilir. Bu mexanizmlər inteqrativ semantik düyünlər kimi fəaliyyət göstərərək, dil nominasiya vahidlərinin mədəni yaddaşın konseptual strukturları ilə uzlaşdırılmasını təmin edir.

Konseptogenez prosesində onlar tarixi-mədəni modellərin dinamikasını rekonstruksiya etməyə və sosial təcrübələr, ritual normalar və dövrün simvolik reprezentasiyası arasında gizli koqnitiv-semiotik əlaqələri üzə çıxarmağa imkan verən, koqnitiv markerlər kimi çıxış edir.

İşdə sosiomədəni-funksional, denotativ-apellyativ, konfessional işarələnmiş və tarixi-faktoloji markerlər kollektiv yaddaşın və bədii interpretasiyanın inteqrasiyasını təmin edən konseptoloji baxımdan zəngin elementlər kimi nəzərdən keçirilir. Sosiomədəni-funksional nominasiyalar dövrün peşə, məişət və iqtisadi fəaliyyətinin spesifikasını nümayiş etdirərək institusional praktikaların markerləri rolunu oynayır. Denotativ apellyativlər sosial obrazların sabit tipologiyalarını formalaşdırır və psixoloji-mədəni yönümləri sabitləşdirərək xarakterlərin və sosial rolların dərhal tanınmasını təmin edir. Konfessional işarələnmiş nominativlər sakral və etik konseptləri üzə çıxarır, cəmiyyətin mənəvi mühitinin və əxlaqi orientirlərinin rekonstruksiyasına şərait yaradır. Tarixi-faktoloji referentlər konkret hadisələrin, simvolların və şəxsiyyətlərin sabitləşdirilməsini təmin edir, siyasi-sosial və mədəni kodları bədii nəqletməyə inteqrasiya edir.

Konseptogenetik yanaşmanın tətbiqi dil nominasiyaları, mədəni yaddaş və sosial-tarixi dinamika arasında gizli məna əlaqələrinin müəyyənləşdirilməsinə imkan verir. Məqalədə vurğulanır ki, tarixi-mədəni markerlər xalqın tarixi-mədəni təcrübəsinin modelləşdirilməsində koqnitiv və semiotik mexanizmlər kimi fəaliyyət göstərərək çoxölçülü semantik şəbəkələr yaradır.

Açar sözlər: koqnitiv semiotika, tarixi-mədəni markerlər, konseptogenez, mədəni yaddaş, semantik şəbəkələr, sosial-mədəni kodlar, koqnitiv modelləşdirmə

 

 


Baxış: 6