DOI: https://doi.org/10.36719/2789-6919/57/186-192
Ələkbər Heydərov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
doktorant
https://orcid.org/0009-0001-8020-9431
elekberhydrv@gmail.com
Şəhla Bullayeva
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0009-0009-8230-0413
shahlabullayevaa@gmail.com
Aqil Həsənov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0009-0000-0125-1125
aqilhasanov23@gmail.com
Qiymət Həsənova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0009-0006-4685-3027
giymathasanova@gmail.com
Azərbaycanın bərpa olunan enerji strategiyası: 2030 hədəflərinin texniki və maliyyə baryerləri
Xülasə
Azərbaycan Respublikası qlobal enerji keçidi prosesində ənənəvi karbohidrogen ixracatçısı statusundan “yaşıl enerji qovşağı”na çevrilmək strategiyasını həyata keçirir. Məqalə 2030-cu il hədəflərinin — bərpa olunan enerji mənbələrinin (BOEM) quraşdırılmış gücünün 30%-ə çatdırılması və istixana qazı emissiyalarının 35% azaldılması — texniki, iqtisadi və tənzimləyici baxımdan reallaşma ehtimalını tədqiq edir. Tədqiqatda IRENA, IEA, Dünya Bankı hesabatları, milli statistik məlumatlar və üç beynəlxalq şirkətin (Tetra Tech, EPRA, CESI) apardığı şəbəkə analizi nəticələrindən istifadə edilmişdir. Analiz göstərir ki, mövcud şəbəkə infrastrukturu yalnız 2 QVt-a qədər dəyişkən BOEM gücünü qəbul etmə qabiliyyətinə malikdir. Bu texniki limit sinxron ətalətin itkisi, enerji saxlama sistemlərinin (BESS) qıtlığı və coğrafi qeyri-mütənasiblik kimi fundamental maneələrlə şərtlənir. AZURE layihəsi, Virtual Güc Ötürmə Mexanizmi (VPTM) və maliyyə alətlərinin (PPA, CfD) tətbiqi bu maneələri qismən aradan qaldırsa da, 8 QVt-lıq 2032 hədəfinə nisbətən 250 MVt-lıq BESS tutumunun kəskin qeyri-mütənasibliyi sistemin tam potensialını limitləyir. Nəticə olaraq, enerji keçidinin uğuru yeni güc qurğularının paralel olaraq saxlama tutumu, şəbəkə modernizasiyası və bazar liberallaşdırılması tədbirləri ilə müşayiət edilməsindən asılıdır.
Açar sözlər: bərpa olunan enerji, şəbəkə inteqrasiyası, enerji saxlama sistemləri, COP29, Azərbaycan enerji keçidi, BOEM, Virtual Güc Ötürmə Mexanizmi