Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/118/82-87

Türkan Şahvələdli

Xəzər Universiteti

magistrant

https://orcid.org/0009-0004-5292-275X

shahvaladliturkan@gmail.com

 

Azərbaycanın bərpa olunan enerji siyasətində

 ekoloji innovasiyaların rolu

 

Xülasə

 

Tədqiqatın məqsədi:. Tədqiqatın məqsədi Azərbaycanın enerji siyasətində ekoloji innovasiyaların yerini, bu sahədə həyata keçirilən layihələri, əldə olunan nailiyyətləri və mövcud problemləri araşdırmaqla yanaşı, bu istiqamətdə gələcək perspektivləri ümumiləşdirməkdir.

Tədqiqatın metodologiyası: Tədqiqatın metodologiyası həm keyfiyyət, həm də kəmiyyət metodlarını əhatə edir. Analizlər mövcud ekoloji innovasiyaların tətbiqi və bərpa olunan enerji sektorundakı layihələr üzərində aparılıb. Dövlət siyasətinin hüquqi və iqtisadi mexanizmləri də nəzərdən keçirilib.

Tədqiqatın nəticələri: Azərbaycanın bərpa olunan enerji sektorunda əhəmiyyətli irəliləyişlər müşahidə olunub. Qaradağ Külək Elektrik Stansiyası və digər bərpa olunan enerji layihələri uğurla həyata keçirilib. Ekoloji innovasiyalar enerji təhlükəsizliyini təmin etməklə yanaşı, iqtisadi potensialı artırmaqda da rol oynayır. Bununla yanaşı, texnoloji və idarəetmə sahəsində bəzi problemlər mövcuddur.

Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti: Tədqiqat ekoloji innovasiyaların tətbiqinin iqtisadi və sosial təsirlərini geniş şəkildə işıqlandırır. Nəticələr həm nəzəri baxımdan yeni məlumatlar təqdim edir, həm də tətbiqi sahələrdə strateji qərarların qəbul edilməsi üçün faydalıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi: Tədqiqat Azərbaycanın bərpa olunan enerji sektorundakı ekoloji innovasiyaların tətbiqini və bunun ətraf mühitə, iqtisadiyyata və sosial sahələrə təsirlərini araşdıran ilk məqalələrdən biridir. Əlavə olaraq, bu tədqiqatda ekoloji innovasiyaların tətbiqi üzrə təklif olunan yeni perspektivlər və gələcək inkişaf istiqamətləri təqdim olunur.

Açar sözlər: Bərpa olunan enerji, ekoloji innovasiyalar, Azərbaycan, enerji siyasəti, yaşıl iqtisadiyyat


Baxış: 306