Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Azərbaycan və xarici ölkə təcrübəsində məktəbdaxili qiymətləndirmə modelləri

 

Bəlqız Musayeva

 

Xülasə. Məktəbdaxili qiymətləndirmə müasir təhsil sistemində yalnız şagird nailiyyətlərinin ölçülməsi vasitəsi kimi deyil, eyni zamanda, təlim prosesini istiqamətləndirən və öyrənməni dəstəkləyən mühüm pedaqoji mexanizm kimi çıxış edir. Azərbaycanda kurikulum islahatları bu sahədə yeni yanaşmaların formalaşmasına şərait yaratmış, formativ və summativ qiymətləndirmə modellərinin tətbiqini genişləndirmişdir. Nəticədə, şagirdlərin bilik və bacarıqlarının daha sistemli və mərhələli şəkildə izlənilməsi mümkün olmuşdur. Bununla belə, bəzi təhsil müəssisələrində qiymətləndirmənin formal xarakter daşıması və əsasən bal yönümlü yanaşmanın üstünlük təşkil etməsi kimi müəyyən çətinliklər qalmaqdadır.

Xarici ölkə təcrübəsində, xüsusilə Finlandiya, Sinqapur və Böyük Britaniya kimi təhsil sistemlərində qiymətləndirmə daha çox inkişafyönümlü və şagird mərkəzli model üzərində qurulmuşdur. Burada əsas diqqət nəticədən çox prosesə yönəlir, şagirdə verilən keyfiyyətli rəy, özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə kimi yanaşmalar geniş tətbiq olunur. Bu fərqlər göstərir ki, müxtəlif təhsil sistemlərində məqsəd eyni olsa da, qiymətləndirmənin həyata keçirilmə formaları və yanaşma prinsipləri fərqlənir. Beynəlxalq təcrübənin öyrənilməsi isə yerli təhsil sistemində qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.

 

Açar sözlər: məktəbdaxili qiymətləndirmə, formativ qiymətləndirmə, summativ qiymətləndirmə, kurikulum, təhsil sistemi, şagird nailiyyətləri, kompetensiya əsaslı təhsil, qiymətləndirmə modelləri

 


Baxış: 48