DOI: https://doi.org/10.36719/2663-4619/115/106-110
Barat Sadıqov
Azərbaycan Respublikası DİN-in Polis Akademiyası
https://orcid.org/0009-0002-0047-3863
sadiqovbarat1234@gmail.com
Azərbaycan Respublikasında və digər dövlətlərdə cinayət prosesi üzrə prokurorun prosessual qərarlarının müqayisəli-hüquqi təhlili
Xülasə
Bu məqalədə müxtəlif ölkələrin hüquq sistemlərində prokurorun qəbul etdiyi prosessual qərarların mahiyyəti və tətbiqi qaydaları müqayisəli şəkildə araşdırılır. Müəyyən edilir ki, prokurorun funksiyaları — cinayət təqibinin başlanması, istintaqa rəhbərlik edilməsi, ittiham irəli sürülməsi və prosessual qərarların qəbul edilməsi — ölkələrin hüquq sistemindən və tarixi inkişafından asılı olaraq dəyişir. Roman-german hüquq ailəsinə daxil olan ölkələrdə (məsələn, Almaniya, İsveçrə) prokuror daha çox istintaqa rəhbərlik edir və məhkəmə ilə sıx əməkdaşlıq şəraitində qərarlar qəbul edir. Anqlo-sakson sistemində (ABŞ kimi) isə prokuror əsasən ittiham irəli sürmə və ittihamdan imtina qərarları ilə tanınır. Post-sovet ölkələrində isə prokuror həm nəzarət, həm də icraedici səlahiyyətlərə malikdir. Bəzi ölkələrdə prokurora alternativ cinayət təqibi tədbirləri görmək və ya işə xitam vermək hüququ da verilir. Ümumilikdə, prokurorun qəbul etdiyi qərarlar cinayət prosessual hüququ çərçivəsində mühüm hüquqi nəticələr doğurur və bu qərarlar hüquqi münasibətləri yarada, dəyişdirə və ya xitam verə bilər.
Açar sözlər: qərar, prokuror, hüquq münasibətləri, ittiham, istintaq, təxirəsalınmaz