Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/113/162-167

Məhəməd Məmmədov

Bakı Dövlət Universiteti

https://orcid.org/0009-0007-4984-6153

mmammadov870@gmail.com

 

Azərbaycan Respublikasında siyasi plüralizmin formalaşmasında və

inkişafında medianın rolu

 

Abstrct

Məqalədə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin fəaliyyəti araşdırılır. Onların demokratiyanın və siyasi plüralizmin formalaşmasında və inkişafında rolu üzə çıxarılır. Respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinin dövlət tərəfindən qanunvericilik təminatı prosesi mərhələli şəkildə təhlil edilir. Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. Artıq ölkəmizdə bunun üçün lazımi institutlar, hüquqi baza formalaşıb. Dövlət quruculuğu sahəsində aparılan islahatlar dövlət hakimiyyətinin hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilməsini təmin etdi. Respublikada siyasi partiyaların, müxtəlif yönümlü ictimai təşkilatların sərbəst fəaliyyəti, çoxsaylı mətbu orqanların sərbəst fəaliyyəti, özəl televiziya və radio kanallarının yayımı və digər bu kimi faktlar siyasi plüralizmin, siyasi plüralizmin, siyasi iradə azadlığının konkret, aydın nəticələridir. Azərbaycanda demokratik ab-hava hökm sürür.

Açar sözlər: media, plüralizm, senzura, jurnalistika, mətbuat, demokratiya


Baxış: 128