Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/112-114

Aqil Əliyev

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/0009-0006-8361-2476

kitabsevas@gmail.com

 

Azərbaycan musiqişünaslığının araşdırılmasında Leopold və Mstislav

Rostropoviçlərin xatirə ev muzeyinin rolu

 

Xülasə

 

Azərbaycan musiqisinin inkişafına bir çox görkəmli şəxsiyyətlərin əhəmiyyətli təsiri olmuşdur ki, onların arasında Leopold və Mstislav Rostropoviçlər də əsas rol oynamışlar. Onların təsiri həm dünya, həm də Azərbaycan musiqişünaslığında iz buraxmışdır.

Mstislav Leopoldoviç Rostropoviç 20-21-ci əsrlərin tanınmış violonçel ifaçısı və dirijoru, dünya musiqi mədəniyyətinin nəhənglərindən biri hesab olunurdu. O, müasir Azərbaycanın müxtəlif sahələrdə inkişafına mühüm töhfələr verib, ictimai işlərə fəal dəstək verib. Bakıdan olan bu sənətkar Azərbaycan mədəniyyətinin inkişafına, gələcək musiqiçilərin yetişməsinə mühüm töhfələr verib. Onun ustad dərsləri, dinləmə seansları və musiqiçilərə dəyərli məsləhətləri çox təsir etdi.

Ümummilli Lider Heydər Əliyev onların dünya musiqi sənətinin inkişafındakı müstəsna xidmətlərini nəzərə alaraq, Leopold və Mstislav Rostropoviçlərin şərəfinə xatirə ev-muzeyi yaratmaq qərarına gəldi. Muzeyin rəsmi açılışı 2002-ci il martın 4-də olmuşdur.

Açar sözlər: Leopold Rostropoviç və Mstislav Rostropoviç, xatirə-ev muzeyi, musiqişünaslıq, musiqi irsi


Baxış: 424