Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/118/60-63

Sonaxanım Kərimova

Azərbaycan Milli Xalça Muzeyi

https://orcid.org/0009-0009-4915-1620

son.art.92@mail.ru

 

Azərbaycan Diyarşünaslıq Muzeylərinin tikmə və zərgərlik inciləri

 

Xülasə

 

Zərgərlik sənəti qədim dövrlərdən günümüzə qədər insanların estetik zövqünü, dini inanclarını və sosial statusunu ifadə edən mühüm sənət sahələrindən biridir. Qədim dövrlərdə insanlar sadə materiallardan – sümük, daş, dəniz qabıqları – zinət əşyaları hazırlamışlar. Zaman keçdikcə bu əşyalar daha mürəkkəb və estetik baxımdan zəngin olmuşdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar bu sənətin qədim tarixə malik olduğunu göstərir. Bu sənət növü təkcə bəzək deyil, həm də mədəni dəyər daşıyır. Azərbaycandakı Tarix-Diyarşünaslıq muzeyləri bu irsin qorunması və tanıdılmasında mühüm rol oynayır.

Açar sözlər: diyarşünaslıq, zərgərlik, sənət, əqiq, amulet, inkrustasiya


Baxış: 267