Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

“Azərbaycan Dəmir Yolları” QSC-də iqtisadi effektivliyin ölçülməsi və audit proseslərinin analizi

 

Tanırverdi Əmiraslanlı

 

Xülasə. “Azərbaycan Dəmir Yolları” QSC-də iqtisadi effektivliyin ölçülməsi və audit proseslərinin analizi müasir iqtisadi idarəetmənin mühüm elementlərindən biridir. Dəmir yolu sektoru Azərbaycanın nəqliyyat infrastrukturunun əsas sütunlarından biri olmaqla yanaşı, ölkənin beynəlxalq tranzit potensialının artırılmasında və regional iqtisadi inteqrasiyada mühüm rol oynayır. Bu baxımdan, iqtisadi effektivliyin ölçülməsi və audit mexanizmlərinin təkmilləşdirilməsi həm maliyyə dayanıqlığının, həm də əməliyyat səmərəliliyinin artırılmasına xidmət edir. Günümüzün iqtisadi reallıqlarında idarəetmənin keyfiyyətini yüksəltmək üçün müəssisələrin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və audit mexanizmlərinin təhlili mühüm zərurətdir. İqtisadi səmərəlilik anlayışı, sərəncamda olan resurslardan istifadə etməklə ən yüksək faydalılıq göstəricisinə nail olunmasını ifadə edir. Məqalədə iqtisadi effektivliyin qiymətləndirilməsi üçün maliyyə göstəriciləri, əməliyyat performansı, resurs istifadəsi, investisiya gəlirliliyi və risk idarəetməsi kimi meyarlar araşdırılmışdır. Eyni zamanda audit proseslərinin daxili və xarici aspektləri, beynəlxalq audit standartlarının tətbiqi, rəqəmsal audit texnologiyaları və daxili nəzarət sistemlərinin rolu təhlil edilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, rəqəmsallaşma, innovativ texnologiyaların tətbiqi və beynəlxalq standartlara uyğun audit sistemləri “Azərbaycan Dəmir Yolları” QSC-nin iqtisadi səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.

 

Açar sözlər: iqtisadi effektivlik, audit, dəmir yolu, maliyyə göstəriciləri, daxili nəzarət, risklərin idarə olunması, IFRS, ISA, rəqəmsal audit, KPI

 


Baxış: 3