Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Avropa İttifaqı və Çində kömürdən çıxış: institusional lock-in mexanizmlərinin müqayisəli təhlili

 

Orxan Məmmədov

 

Xülasə. Bu məqalədə Avropa İttifaqı və Çində kömürdən çıxış prosesinə mane olan institusional lock-in mexanizmləri müqayisəli şəkildə təhlil edilir. Tədqiqatın əsas məqsədi fərqli siyasi və idarəetmə sistemlərində kömür asılılığını qoruyan institusional amillərin oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirməkdir. Araşdırma keyfiyyət yönümlü müqayisəli hal təhlilinə əsaslanır. Tədqiqatın empirik bazasını institusional lock-in və enerji keçidinə dair elmi ədəbiyyatın, Avropa İttifaqı və Çin enerji siyasəti haqqında araşdırmaların, həmçinin Eurostat, ABŞ Enerji İnformasiya Administrasiyası və Çin Milli Statistika Bürosunun statistik məlumat və hesabatlarının təhlili təşkil edir. Təhlil göstərir ki, hər iki halda dövlət subsidiyaları, məşğulluq maraqları, regional iqtisadi asılılıqlar və mövcud enerji infrastrukturu kömürdən çıxış prosesini ləngidir. Bununla yanaşı, bu mexanizmlərin fəaliyyət formaları fərqlənir. Avropa İttifaqında çoxsəviyyəli idarəetmə, veto aktorları və konsensus yönümlü qərar qəbuletmə prosesi keçidi ləngitsə də, Emissiya Ticarəti Sistemi, Avropa Yaşıl Razılaşması və Ədalətli Keçid Mexanizmi institusional blokadaları tədricən zəiflədir. Çində isə dövlət müəssisələrinin iqtisadi maraqları, əyalət hökumətlərinin iqtisadi artım təşviqləri və regional desentralizə olunmuş avtoritarizm kömür asılılığını möhkəmləndirir. Nəticə etibarilə, kömürdən çıxışın sürəti yalnız texnoloji imkanlardan deyil, siyasi institutların maraqları necə bölüşdürməsindən və qərar qəbuletmə proseslərini necə formalaşdırmasından asılıdır.

 

Açar sözlər: kömürdən çıxış, institusional lock-in, yol asılılığı, Avropa İttifaqı, Çin, enerji keçidi, iqlim siyasəti, müqayisəli təhlil

 


Baxış: 6