Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

Mahruh Nağıyeva

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə, Azərbaycan

əczaçılıq üzrə fəlsəfə doktoru

mahrux.nagiyeva@adau.edu.az

Aytəkin Məmmədova

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə, Azərbaycan

əczaçılıq üzrə fəlsəfə doktoru

aytakin.mammadova@adau.edu.az

Şəfiqə Cəfərova

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə, Azərbaycan

shafiqa.cafarova@adau.edu.az

İlahə Şirinova

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə, Azərbaycan

ilaha.shirinova@adau.edu.az

Hüseyn Kazımzadə

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə, Azərbaycan

huseyn.kazimzada@adau.edu.az

 

Astrantia maxima Pall. bitkisində flavonoidlərin spektrofotometriya

üsulu ilə miqdarı təyini və metodun validasiyası

 

Xülasə

 

Tədqiqatın məqsədi Astrantia maxima Pall. xammalında flavonoidlərin miqdarını spektrofotometrik yanaşma ilə təyin etmək və metodun validasiya parametrlərini qiymətləndirmək olmuşdur. Astrantia maxima Pall. bitkisinin çiçəkləmə mərhələsində olan xammalı 2025-ci ilin iyun ayında Azərbaycan Respublikası Daşkəsən rayonu ərazisindən toplanmışdır.

Flavonoidlərin miqdarının spektrofotometrik təyini aparılmış, metodun validasiyası isə beynəlxalq tənzimləyici qaydalara uyğun olaraq düzgünlük (accuracy), təkrarlanma dəqiqliyi (precision) və xəttilik (linearity) parametrləri üzrə həyata keçirilmişdir.

Astrantia maxima Pall. xammalında ümumi flavonoidlərin miqdarı 1 qram xammala görə 1,01% təşkil etmişdir. Validasiya nəticələri metodun yüksək etibarlılığını göstərmişdir: düzgünlük üçün etibarlılıq intervalı 0,51 olmuşdur; xəttilik 0,01–0,06 mq/mL konsentrasiya intervalında müəyyən edilmişdir (R² = 0,9989); təkrarlanma dəqiqliyi isə üç ardıcıl gün üzrə variasiya əmsallarının müvafiq olaraq 0,0005%, 0,0006% və 0,0006% olması ilə xarakterizə olunmuşdur.

Əldə olunan nəticələr Astrantia maxima Pall. bitkisinin flavonoidlərlə zəngin mənbə olduğunu təsdiqləyir və onun yerli dərman bitkisi resurslarına daxil edilməsi, eləcə də gələcək farmakoloji tədqiqatlar üçün perspektivli olduğunu göstərir.

Açar sözlər: Astrantia maxima Pall., flavonoidlər, spektrofotometrik analiz, validasiya metodu, bitki xammalı


Baxış: 11