DOI: https://doi.org/10.36719/2789-6919/54/132-136
Şəfiqə Süleymanova
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0000-0003-2986-3996
shefiqesuleymanova@gmail.com
Şövkət Əlisoy
Naxçıvan Dövlət Universiteti
bakalavriat
https://orcid.org/0009-0005-3759-5209
alisoyshovkat@ndu.edu.az
Apiterapiya və fitoterapiya məhsullarından əldə olunan təbii mənşəli preparatların antifungal xüsusiyyətlərinin müəyyən edilməsi
Xülasə
Göbələk mənşəli infeksiyalar, xüsusilə Candida, Aspergillus, Cryptococcus və Fusarium növləri tərəfindən törədilən mikozlar, immun sistemi zəif olan fərdlərdə ciddi patoloji fəsadlara səbəb olur. Mövcud antifungal dərmanların toksikliyi və rezistentlik problemi təbii mənşəli alternativlərin tədqiqini zəruri edir. Bu araşdırmada apiterapiya məhsullar (bal, propolis, arı südü və arı zəhəri) və fitoterapiya komponentlərinin (sarımsaq, çay ağacı yağı, qara kimyon və nanohissəcikləşdirilmiş bitki ekstraktları) – antifungal aktivliyi və təsir mexanizmləri elmi ədəbiyyata əsasən sistemləşdirilmişdir. Məlumatların sistemləşdirilməsi zamanı antifungal aktivliyin növü, istifadə olunan təbii məhsulun konsentrasiyası və təsir mexanizmi kimi meyarlar əsas götürülmüşdür. Nəticələr göstərir ki, bu məhsullar göbələk hüceyrəsinin divarının və membranının struktur bütövlüyünü pozur, ergosterol biosintezini inhibə edir və oksidativ stressi artıraraq fungisid təsir göstərir. Propolis və bitki ekstraktlarının sinerjistik istifadəsi antifungal təsiri gücləndirir və rezistent suşlara qarşı effektivlik nümayiş etdirir. Bununla belə, standartlaşdırma, toksiklik və klinik tədqiqatların azlığı bu preparatların praktik tətbiqini məhdudlaşdırır. Araşdırma nəticəsində təbii mənşəli antifungal vasitələrin sintetik dərmanlara təhlükəsiz və effektiv alternativ ola biləcəyi qənaətinə gəlinmişdir.
Açar sözlər: apiterapiya, fitoterapiya, antifungal aktivlik, propolis, bal, allisin, Candida albicans, təbii preparatlar, nanohissəciklər