Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/57/77-81

Ülviyyə Paşşanova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0003-1889-2545

ulviyye.eliyeva.90.90@mail.ru

Elnurə Qasımova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0007-5798-2892

elnure.qasmova@mail.ru

Ayşən Allahverdiyeva

Gəncə Dövlət Universiteti

https://orcid.org/0009-0009-8991-9593

allahverdiyeva_20@bk.ru

Samira Abdullayeva

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-000208398-0907

akifnovruzov44@gmail.com

Mehriban Qasımova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0001-1188-189X

mehribanqasimova74@icloud.com

 

Alman və rus dillərində hallar sisteminin müqayisəli təhlili

 

Xülasə

 

Tədqiqatın əsas məqsədi alman və rus dillərində qrammatik halların sistemini müqayisəli təhlil edərək onların funksional və morfoloji xüsusiyyətlərini müəyyənləşdirməkdir. Araşdırmada istifadə edilən başlıca metodlar müqayisəli-qrammatik analiz, təsviri təhlil və kontrastiv analiz metodlarıdır. Alman və rus dillərində halların müqayisəli tədqiqi yalnız qrammatik strukturun öyrənilməsi deyil, həm də dilin semantik, kommunikativ və didaktik aspektlərinin daha dərindən dərk edilməsinə imkan verir. Alman və rus dillərində hallar sistemlərinin müqayisəli tədqiqi qrammatik paralellərin müəyyənləşdirilməsinə və elmi dilin terminoloji sabitliyinin təmininə xidmət edir. Bu istiqamət həm nəzəri dilçilik, həm də tərcümə praktikası baxımından mühüm elmi və tətbiqi əhəmiyyət daşıyır. Hər iki dildə hallar sistemi dilin morfoloji və sintaktik quruluşunda əsas qrammatik göstəricilərdən biridir. Rus dilində terminoloji ardıcıllıq hal sonluqları vasitəsilə, alman dilində isə artikl və sintaktik konstruksiyalarla təmin olunur.

Tədqiqat alman və rus dillərində qrammatik halların müqayisəli təhlilini apararaq onların funksional və morfoloji fərqlərini sistemli şəkildə müəyyən etmişdir, həmçinin dilin kontrastiv təhlili və tərcümə aspektləri üçün yeni elmi baza yaratmışdır.

Açar sözlər: qrammatik hallar, flektiv dillər, nominativ, genitiv, dativ, akkusativ, morfoloji və sintaktik ifadə

 


Baxış: 5