Akademik nitqdə etik kommunikasiya prinsipləri
Pərvinə Əzizova1* , Elnarə Məmmədova1
, Tamara Əlizadə2
Xülasə. Məqalədə akademik nitqdə etik kommunikasiya prinsiplərinin mahiyyəti, əsas xüsusiyyətləri və müasir elmi mühitdə tətbiqi məsələləri araşdırılmışdır. Akademik kommunikasiya elmi biliklərin ötürülməsi və mübadiləsi prosesində mühüm rol oynayır və bu prosesin səmərəliliyi etik davranış normalarına riayət olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Tədqiqatın məqsədi akademik nitqdə etik kommunikasiya prinsiplərini müəyyənləşdirmək, onların akademik fəaliyyətə təsirini təhlil etmək və müasir dövrdə qarşıya çıxan problemləri qiymətləndirməkdir. Tədqiqat zamanı analiz, müqayisə, ümumiləşdirmə və sistemləşdirmə metodlarından istifadə edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, dürüstlük, obyektivlik, akademik məsuliyyət, qarşılıqlı hörmət, tolerantlıq və akademik dürüstlük prinsipləri etik kommunikasiyanın əsas elementlərini təşkil edir. Müəyyən olunmuşdur ki, bu prinsiplərə əməl olunması elmi mühitdə etimadın formalaşmasına, elmi müzakirələrin səmərəliliyinin yüksəlməsinə və akademik əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Eyni zamanda, plagiat, məlumatların təhrif olunması və qeyri-etik kommunikativ davranışlar akademik fəaliyyətin keyfiyyətinə mənfi təsir göstərən əsas amillər kimi qiymətləndirilmişdir. Nəticə etibarilə, akademik nitqdə etik kommunikasiya prinsiplərinin qorunması sağlam elmi mühitin formalaşdırılması və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Açar sözlər: Akademik nitq, etik kommunikasiya, akademik etika, elmi ünsiyyət, nitq mədəniyyəti, akademik dürüstlük, kommunikasiya etikası