DOI: https://doi.org/10.36719/2663-4619/119/43-48
Bahar Qədirova
Bakı Slavyan Universiteti
doktorant
https://orcid.org/0009-0008-6683-0505
bahar.gadirova@gmail.com
Adam Mitskeviçin yaradıcılığında Şərq leksikası
(Bu yaradıcı yanaşmanın obyektiv səbəbləri haqqında)
Xülasə
Məqalədə Adam Mitskeviçin yaradıcılığında Şərq leksikasının funksional və estetik əhəmiyyəti, onun romantik-orientalist baxışlarının formalaşmasında mədəni-tarixi amillərin rolu təhlil olunur. Müəllif göstərir ki, Mitskeviç Şərq mədəniyyətinə sadəcə ekzotik maraqla deyil, dərin elmi və yaradıcı münasibətlə yanaşmış, fars və ərəb mənbələrindən, dini və mifoloji elementlərdən bədii şəkildə istifadə etmişdir. Onun əsərlərində “Sonety krymskie”, “Aryman i Oromaz”, “Droga nad przepaścią w Czufut-Kale” kimi nümunələrdə toponimlər, sakral anlayışlar, mifoloji və məişət leksikası xüsusi yer tutur. Şairin bu yanaşması təkcə fərdi zövq deyil, həm də dövrün Avropa və rus romantiklərinin ortaq estetik meyllərinin tərkib hissəsi kimi dəyərləndirilir. Mitskeviç Şərqə olan marağını yalnız təsvir vasitəsi kimi deyil, həm də interkultural mətn quruculuğunun əsas elementi kimi təqdim edir. Məqalə həmçinin onun orientalizmə olan münasibətinin Bayron, Höte və digər müasirləri ilə müqayisəsini apararaq, polşa romantizminə xas olan dərin humanist və psixoloji nüanslara diqqət çəkir.
Açar sözlər: Şərq, romantizm, leksika, orientalizm, poeziya, yaradıcılıq