DOI: https://doi.org/10.36719/2706-6185/59/31-38
Zaur Hacıyev
Azərbaycan İdman Akademiyası
pedaqogika üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-3010-7565
zaur-agsu@mail.ru
Solmaz Qədirova
Azərbaycan İdman Akademiyası
https://orcid.org/0009-0004-4669-9782
adigozlovasolmaz8@gmail.com
9–11 yaşlı qızların voleybol texnikasının mənimsənilməsinin
pedaqoji müşahidə yolu ilə qiymətləndirilməsi
Xülasə
Məqalədə 9–11 yaşlı qızların voleybol texnikasının mənimsənilməsinin pedaqoji müşahidə yolu ilə qiymətləndirilməsi məsələləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi bu yaş qrupunda voleybolun əsas texniki elementlərinin (topun qəbulu, ötürülməsi, ilkin servis və hərəkət koordinasiyası) mənimsənilmə səviyyəsinin pedaqoji müşahidə əsasında müəyyən edilməsidir. Araşdırma zamanı sistemli pedaqoji müşahidə, təlim prosesinin mərhələli izlənməsi və keyfiyyət göstəricilərinin təhlilindən istifadə olunmuşdur. Müşahidələr məşq prosesində texniki icranın düzgünlüyü, hərəkətlərin koordinasiyası, texniki səhvlərin tezliyi və təlimə adaptasiya səviyyəsi üzrə aparılmışdır. Nəticələr göstərmişdir ki, pedaqoji müşahidə üsulu 9–11 yaşlı qızlarda voleybol texnikasının mənimsənilmə səviyyəsinin obyektiv və etibarlı qiymətləndirilməsinə imkan yaradır, həmçinin məşq prosesinin optimallaşdırılması üçün müəllim və məşqçilərə praktik tövsiyələr verir.
Açar sözlər: voleybol, 9–11 yaşlı qızlar, texniki hazırlıq, pedaqoji müşahidə, qiymətləndirmə