Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/144-147

Hüseyn Nağızadə

Qərbi Kaspi Universiteti

Magistrant

https://orcid.org/0009-0001-4867-0623

iamhuseyn02@gmail.com

 

1918-ci ildə Gürcüstan Demokratik Respublikasının yaradılması

 

Xülasə

 

Gürcüstan Demokratik Respublikasının yaranması, 20-ci əsrin əvvəllərindəki Cənubi Qafqazın mürəkkəb siyasi şəraitində mühüm bir mərhələni təşkil edir. 1917-ci ildə Rusiyada baş verən Fevral İnqilabı, Çar Rusiyasının süqutuna və imperiyanın parçalanmasına səbəb oldu. Bu, Cənubi Qafqaz xalqları üçün müstəqillik əldə etmək və öz gələcəklərini müəyyənləşdirmək üçün bir fürsət yaratdı. Gürcüstan bu tarixi dönəmdə fəal şəkildə müstəqillik hərəkatına qoşularaq, 1918-ci ilin may ayında Gürcüstan Demokratik Respublikasını elan etdi. Bu, Cənubi Qafqazın ilk müstəqil dövləti olmaqla yanaşı, regionun digər xalqları üçün də müstəqillik hədəflərinin işıqlandırılmasına səbəb oldu. Gürcüstan Demokratik Respublikası, qurulmasında demokratik prinsiplərə əsaslanan bir dövlət modeli təqdim etdi. Parlamentarizm, azad seçkilər, insan hüquqları və sərbəst mülkiyyət kimi müasir demokratik dəyərləri özündə cəm edirdi. Hökumət, milli suverenliyi qorumağa və ölkənin müstəqilliyini möhkəmləndirməyə çalışdı. Lakin, bu dövr daxili çətinliklər və xarici təzyiqlərlə üzləşdi. Gürcüstanın müstəqilliyi, Rusiyanın geosiyasi maraqları ilə qarşılaşdı. Xüsusən, Sovet Rusiyasının bolşevik inqilabından sonra bölgədə güclənən Sovet təzyiqləri, Gürcüstanın müstəqilliyini davam etdirməsini çətinləşdirdi. 1921-ci ilin fevralında Sovet Rusiyasının müdaxiləsi ilə başlayan silahlı mübarizə nəticəsində Gürcüstan Demokratik Respublikasının varlığı sona çatdı. Gürcüstan, Sovet İttifaqının tərkibinə daxil oldu və ölkə Sovet Sosialist Gürcüstan Respublikası olaraq dəyişdi.

Açar sözlər: Gürcüstan Demokratik Respublikası, demokratiya, Rusiya, bolşeviklər, Fevral İnqilabı


Baxış: 332