Yunanlar arasında fəlsəfi düşüncənin yaranması
Baza El Hadj
Xülasə. Bu məqalə yunan fəlsəfəsinin ilk başlanğıclarını və onun özündən əvvəlki Şərq sivilizasiyaları ilə əlaqəsini araşdırır. Şərq fəlsəfəsi dini və əxlaqi bir təcrübə kimi xarakterizə olunur və özünü görünməyən və mifoloji çərçivədən azad edə bilməmişdirsə də, yunan fəlsəfəsi bunu aşa bilmiş, beləliklə izahı mif vasitəsilə deyil, sübut və rasional dialektika vasitəsilə axtaran analitik və metodoloji bir təfəkkürə çevrilmişdir. Lakin bu, Şərq sivilizasiyalarının elmlərin və müxtəlif yunan incəsənətinin inşa edildiyi ilk təməl kimi qəbul edilməsini inkar etmir – bu məsələ qədim Qərb sivilizasiyasının yaranmasında sivilizasiyalararası qarşılıqlı nüfuz amilini göstərir.
Açar sözlər: yunan təfəkkürü, Şərq təfəkkürü, mifologiya, gizli dinlər