Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/54/128-132

İbrahim Hüseynli

Marmara Üniversiteti, Türkiyat Araştırmaları İnstitutu

magistrant

https://orcid.org/0009-0004-9345-0760

ibohuseynli.00@gmail.com

 

Yunanıstanın 1912-ci ildən sonrakı toponomik dəyişiklik siyasəti və

Qərbi Trakya türk əhalisinə təsiri

 

Xülasə

 

1912-ci ildə bölgənin Osmanlıdan ayrılaraq Yunanıstana birləşməsindən sonra dövlət Qərbi Trakya və digər yaşayış məntəqələrinin adlarını sistemli şəkildə dəyişdirməyə başlamışdır. Artıq 1920-ci illərdən etibarən toponomik adların yunanlaşdırılması dövlət siyasətinə çevrilmiş, şəhər və kənd adları dəyişdirilmişdir. 1970-ci illərdən sonra Yunanıstanın türk kimliyinə qarşı təzyiqləri daha da güclənmiş, 1972-ci ildə “Türk Məktəbi” adları “Azlıq Məktəbi” ilə əvəz edilmiş, 1260 saylı qanunla birlikdə türk dilində yer adlarının rəsmi və ictimai istifadəsi qadağan olunmuşdur.

Qərbi Trakyanın 20 may 1920-ci ildə Yunan ordusu tərəfindən işğal edilməsi ilə birlikdə zülmlər baş vermiş, bunun nəticəsində Peştereli Tofiq bəyin rəhbərliyi ilə 25 may 1920-ci ildə Qərbi Trakya Hökuməti qurulmuş, lakin bu qurum 1923-cü il Lozan Müqaviləsi ilə ləğv edilmişdir. Mübadilə Anlaşmasına baxmayaraq, bölgədə 300 mindən çox türk əhalisi qalmış və ən böyük azlıq olaraq mövqeyini qorumuşdur.

1915–1941-ci illərdə çox sayda türk əhalisi digər Balkan ölkələrində olduğu kimi din və kimlik dəyişməyə məcbur edilmiş, 1923-cü ildə çıxarılan 3473 saylı qanunla türklərin torpaqları alınıb Anadoludan köçürülən rum əhalisinə verilmişdir. Bütün bu proseslər bölgədə türk kimliyinin zəiflədilməsi və demoqrafik strukturun dəyişdirilməsi məqsədi daşıyırdı.

Açar sözlər: toponimi, yer adlarının dəyişdirilməsi, Qərbi Trakya Türkləri, mübadilə, türk kimliyi

 

 


Baxış: 21