Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/57/108-111

Zümrüd Məmmədova

Bakı Slavyan Universiteti

https://orchid.org/0009-0003-7398-424X

zmrdmmmdv2020@gmail.com

 

Yeni təlim texnologiyalarından istifadənin imkanları

 

Xülasə

 

Məqalə ali təhsil müəssisələrində tətbiq olunan müasir təlim texnologiyalarına həsr edilmişdir. Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları olmadan gündəlik həyatı təsəvvür etmək, demək olar ki, mümkün deyil. Məqalədə müxtəlif innovativ texnologiyalardan istifadənin vəziyyəti təhlil edilir və göstərilir ki, bu vasitələr tələbələrin tədris prosesini əlçatan, maraqlı və səmərəli edir. Bununla yanaşı, təhsil sahəsində informasiya-sosial texnologiyaların rolu təhlil olunur. Qeyd edilir ki, bu texnologiyalar müəllim və tələbələrin geniş miqyasda kompüterləşdirilməsini təmin edir və informasiya texnologiyaları vasitələrinin tətbiqi sayəsində ali təhsil sistemində təhsil xidmətlərinin daha səmərəli və optimal təşkilinə imkan yaradır. Həmçinin göstərilir ki, informasiya bacarıqlarının tədris planlarına inteqrasiyası ali məktəblərdə təlimin kompüterləşdirilməsi məqsədilə universitet rəhbərliyi ilə müəllim heyəti arasında sıx əməkdaşlığı tələb edir. Müasir cəmiyyət daim inkişaf edir və yüksək təhsil səviyyəsinə malik, iş tapşırıqlarını yaradıcı şəkildə yerinə yetirmək bacarığına sahib mütəxəssislərin mövcudluğunu tələb edir. Belə mütəxəssislərin hazırlanmasında ali təhsil müəssisələrində tətbiq olunan texnologiyalar mühüm rol oynayır.

Açar sözlər: müasir texnologiyalar, təlim texnologiyaları, ali təhsil müəssisəsi, təhsil prosesinin kompüterləşdirilməsi

 


Baxış: 8