Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Fətəliyeva Lalə Əmrah qızı 
Açar sözlər: yazılı nitqin pozulması, disqrafiya, disleksiya 
Key words: writing disorders, dysgraphia, dyslexia 
Ключевые слова: нарушения письменной речи, дисграфия, дислексия
 

Yazılı nitqdə pozulmalar hal-hazırda təhsil prosesində en çox rast gəlinən problemlərdən biridir. Spesifik yazı pozulmalarına təsir edən amillər kimi prenatal, natal və postnatal dövrlərdəki fərqli ekzogen amillər göstərilir. Lakin bir sıra müəlliflər, xüsusən Kornev yazır ki, yazıda xüsusi pozulmaların baş verməsinə, bir qayda olaraq etioloji faktorlar kompleksi səbəb olur. Yazılı nitq pozulmalarına disleksiya və disqrafiya aid edilir. 
Disleksiya oxu prosesinin qismən pozulması deməkdir. Hərflərin tanınmaması, hecalarda və hecaların sözlərdə birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə, sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə mətnin səhv başa düşülməsinə səbəb olur. Bir çox tədqiqatçılar oxu pozulmalarında irsi faktoru əsas götürürlər (M.Lami, M.Sule, B.Halgren). Reynxoldun fikrinə görə disleksiya çox vaxt valideynlərdən irsi olaraq uşaqlara keçır. Bir sira alimlər isə ətrafdakıların düzgün olmayan nitqi, ikidillilik, böyüklərin uşağın nitqinə laqeyd münasibəti, ünsiyyət azlığı kimi səbəblər qeyd edirlər.


Baxış: 2149