Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/118/175-181

Cavidan Zeynalov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/0009-0005-2159-2652

cavidanzeynalov11@gmail.com

 

Yaradıcılıq fenomenologiyası: süni intellektə konqnitiv yanaşma

 

Xülasə

 

Tədqiqat süni intellekt sahəsində yaradıcılığın fenomenologiyasını idraki yanaşma əsasında təhlil edir və müasir sistemlərin qarşılaşdığı əsas məsələlərdən biri olan çərçivə problemini diqqət mərkəzinə alır. Güclü və zəif süni intellekt modelləri arasındakı fərqlər kontekstdə əlaqəli və əlaqəsiz məlumatları ayırd etməkdəki çətinliklər kontekstində qiymətləndirilir. Hubert Dreyfusun Heydeqqer fəlsəfəsinə əsaslanan yanaşması süni intellektin bədənləşdirilmiş və kontekstual dünyagörüşündən uzaq olduğunu iddia edir. "Dünyada-olma" anlayışı əsasında, effektiv süni intellektin sadəcə hesablama qabiliyyətinə deyil, həm də praktik dünya ilə qarşılıqlı əlaqəyə ehtiyacı olduğu irəli sürülür. Araşdırmada eyni zamanda metabolizm əsaslı yanaşmalar və desentralizə olunmuş avtonom qərarvermə sistemləri də tədqiq edilir. Selikli göbələk  orqanizmi nümunəsində göstərilir ki, sadə bioloji varlıqlar metabolik proseslər vasitəsilə optimallaşdırma və hesablama tapşırıqlarını yerinə yetirə bilirlər. Biokomputinq sahəsi, süni və bioloji komponentlərin inteqrasiyası ilə yeni texnoloji imkanlar təklif edir. Xüsusilə mikrob-robot simbiozu və bio-süni sistemlər çərçivə probleminin həllində alternativ yanaşmalar kimi təqdim olunur. Tədqiqat süni intellektin inkişafı üçün fəlsəfə, biologiya, idrak elmləri və texnologiyanın inteqrasiyasının zəruriliyini vurğulayır. Güclü süni intellektə nail olmaq üçün metabolizm, avtonom qərarvermə və kontekstual adaptasiya kimi canlılara xas xüsusiyyətləri özündə birləşdirən sistemlərə keçidin vacibliyi qeyd olunur.

Açar sözlər: süni intellekt, konqnitiv, fəlsəfə, incəsənət, biokompüter


Baxış: 248