https://doi.org/10.36719/2663-4619/110/75-80
Fəridə Heydərova
V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0006-0134-9310
Gülşən Həsənova
V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0008-1026-0187
Leyla Ələkbərova
V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0009-8835-0200
Əfsanə Əmrahova
V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
https://orcid.org/0009-0009-8142-027X
Xəstəxanadaxili infeksiyalar və antibiotiklərə davamlılıq
Xülasə
Son onillikdə yoluxucu patologiyanın artması fonunda xəstəliklər getdikcə opportunist mikroorqanizmlərlə əlaqələndirilir və çox vaxt uzanan və ya xroniki xarakter alır. Belə ki, xəstəxanadaxili infeksiyalar (XDİ) xəstəliyin gedişini ağırlaşdırmaqla bərabər müalicənin effektivliyini azaldır, həm də xəstələrin stasionarda çarpayı günlərini artırır ki, bu da maliyyə xərclərinin dəfələrlə artmasına gətirib çıxarır. Xəstəxanadaxili infeksiyalar dünyanın bütün klinikalarında qlobal tibbi problem olaraq hələ də tam həllini tapmamışdır. Bütün bunlarla bərabər XDİ bəzən elə ağırlaşmalara səbəb olur ki, buda xəstələrin həyatında ciddi təhlükə yaradır və çox vaxt ölümlə nəticələnir. Hal-hazırda yalnız rinosinüzit, sistit, bronxit, pnevmoniya kimi "klassik" infeksiyalar deyil, həm də artrit, spondilit, aterosklerotik lövhələrin inkişafı, mədə xorası və başqaları yoluxucu agentlə sıx bağlıdır.
Açar sözlər: xəstəxanadaxili infeksiyalar, antibiotiklər, β-laktamaz, Qram-müsbət bakteriyalar, Qram-mənfi bakteriyalar