DOI: https://doi.org/10.36719/2706-6185/54/26-30
Mahir Qəribov
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-8183-5802
mahir_garibov@yahoo.com
Türkiyə mətbuatında Əhməd bəy Ağaoğlunun ömrünün son günləri
və dünyasını dəyişməsinə dair yazılar
Xülasə
Türk dünyasının böyük fikir adamlarından olan Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə mətbuat tarixində, bütövlükdə türk dünyasında öz mövqeyi ilə dərin iz buraxan ədiblərdən olmuşdur. O, milliyyətçi-liberal mövqeyini qoruyub saxlamış və 1939-cu ildə ölümünə qədər sözünü çəkinmədən deyən müstəqil jurnalist kimi azad sözün, demokratik təfəkkürün tərəfdarı olmuşdur. Ağaoğlunun həyatı, yaradıcılığı, yazıçı və jurnalistika görüşləri onun ədəbi həyatını da şaxələndirmişdir.
Ömrünün böyük hissəsini müxtəlif qəzet və dərgilərdə yazılar yazmaqla keçirən Ağaoğlunun ömrünün son günləri ilə bağlı dövrün mətbuat materiallarının təhlili göstərir ki, Ağaoğlunun vəfatı xəbəri Türkiyənin aparıcı qəzetlərində geniş şəkildə işıqlandırılmışdır. Bu tədqiqatda “Son Telgraf”, “Tan”, “Ulus”, “Cumhuriyet”, “İkdam”, “Son Posta” və “Yeni Sabah” qəzetlərində dərc olunan yazılar araşdırılır. Məqalənin məqsədi Türkiyə ictimaiyyətində Əhməd bəy Ağaoğlunun ömrünün son günləri, həmçinin həyatında az bilinən məqamları üzə çıxarmaqdır.
Açar sözlər: Türkiyə mətbuatı, Əhməd Ağaoğlu, ictimai fikir, “Son Telgraf”, “Tan”, “Ulus”, “Cumhuriyet”, “İkdam”, “Son Posta”, “Yeni Sabah”