DOI: https://doi.org/10.36719/2706-6185/56/94-98
Fatimə Şükürova
Bakı Slavyan Universiteti
magistrant
https://orcid.org/0009-0009-1635-7833
fatimasukurova@gmail.com
Təlim prosesində yeniyetmələrin motivasiyasını gücləndirən
pedaqoji və psixoloji yanaşmalar
Xülasə
Məqalədə yeniyetmələrdə təlim motivasiyasının artırılmasında müasir pedaqoji və psixoloji yanaşmaların rolu elmi-nəzəri baxımdan təhlil olunur. Yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri – özünüdərk, müstəqillik ehtiyacı və sosial münasibətlərin güclənməsi – təlim motivasiyasının strukturuna mühüm təsir göstərən amillər kimi qiymətləndirilir. Araşdırmada konstruktivist, fərdiləşdirilmiş, diferensial və inklüziv pedaqoji yanaşmaların şagirdlərin daxili motivasiyasının formalaşmasına təsiri əsaslandırılır. Eyni zamanda, motivasiyanın psixoloji əsasları kontekstində özünü müəyyən etmə nəzəriyyəsi, sosial-emosional öyrənmə və humanist pedaqogikanın əhəmiyyəti vurğulanır. Məqalədə kompetensiya əsaslı, nəticəyönümlü, kooperativ və layihə əsaslı təlim yanaşmalarının yeniyetmələrin öyrənməyə marağının artırılmasında rolu göstərilir. Bundan əlavə, yeniyetmələr üçün motivasiya proqramlarının hazırlanması və tətbiqinin prinsipləri ümumiləşdirilir. Nəticə olaraq, motivasiya proqramlarının kompleks, sistemli və elmi əsaslara söykənməsi, müəllim-şagird və ailə-məktəb əməkdaşlığının gücləndirilməsi təlim motivasiyasının davamlılığının təmin olunmasında əsas şərt kimi qiymətləndirilir.
Açar sözlər: yeniyetmələr, təlim motivasiyası, daxili motivasiya, pedaqoji yanaşmalar, psixoloji yanaşmalar, motivasiya proqramları