https://doi.org/10.36719/2663-4619/110/98-101
Məftun Əliyev
Naxçıvan Dövlət Universiteti
fizika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0001-9956-6068
meftun-aliyev@rambler.ru
Elisa Murtuzayeva
Naxçıvan Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0009-5279-2365
Tək lifli iki istiqamətli ötürmə üçün yeni texnologiyalar
Xülasə
Fiber optik rabitə texnologiyası, məlumatların sürətli və az itki ilə ötürülməsini təmin edir. Ənənəvi genişzolaqlı ötürmə sistemləri ilə müqayisədə daha yüksək sürət və səmərəlilik təqdim edir. Optik liflər, nüvə, örtük və üzlükdən ibarət olur və məlumatların düzgün ötürülməsini təmin edir. Fiber optik texnologiya, telekommunikasiya, tibbi görüntüləmə və sənaye kimi sahələrdə geniş istifadə olunur. Tək lifli iki istiqamətli ötürmə (BiDi) texnologiyası, eyni lif üzərindən məlumatın həm göndərilməsi, həm də qəbul edilməsi imkanı yaradır. Bu texnologiya, şəbəkə performansını artırır və xərcləri azaldır. BiDi texnologiyası, 5G və 6G şəbəkələrinin inkişafında əhəmiyyətli rol oynayacaq. Bu texnologiya şəbəkə quruluşunu sadələşdirir və yüksək sürətli, iki istiqamətli məlumat ötürülməsini təmin edir. Kvant rabitə ilə birləşərək, BiDi şəbəkələrin təhlükəsizliyini artırır. BiDi, daha az enerji sərfiyyatı ilə daha sürətli məlumat ötürülməsini mümkün edir. Bu texnologiya, şəbəkə operatorlarına daha çevik və ekoloji təmiz infrastrukturlar qurmağa imkan verir. BiDi texnologiyası, 5G və 6G şəbəkələrinin maliyyətini azaldır və əməliyyat səmərəliliyini artırır. Yüksək sürət və aşağı gecikmə ilə məlumat mərkəzlərində daha effektiv məlumat ötürülməsi təmin edir.Gələcəkdə BiDi texnologiyası, şəbəkə infrastrukturunun daha çevik və səmərəli olmasını təmin edəcək. Nəticədə, BiDi texnologiyası gələcəkdə daha yüksək keyfiyyətli və sürətli xidmətlər təqdim edəcək.
Açar sözlər: fiber optik rabitə, məlumat ötürülməsi, optik liflər, kvant rabitə, yüksək sürət və aşağı gecikmə, 5G və 6G şəbəkələri, məlumat mərkəzləri, telekommunikasiya, BiDi texnologiyası