Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/57/162-167 

Sevda Abdullayeva

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0004-9616-4778

sevdaabdullayevaali@gmail.com

 

Təhsildə koqnitivizm və biheviorizm

 

Xülasə

 

Məqalədə müasir pedaqoji və psixoloji fəaliyyətin iki əsas konsepsiyasının — biheviorizm və koqnitivizmin müqayisəli təhlili aparılır. Tədqiqatın məqsədi bu yanaşmaların fəaliyyətini və təlim fəaliyyətinin effektivliyinə, habelə təhsil strategiyasına təsirini müəyyən etməkdir. Biheviorizm konsepsiyası stimullar, reaksiyalar və möhkəmləndirmənin rolunu nəzərdən keçirir, burada təlim subyektin davranışındakı xarici dəyişiklik kimi şərh olunur. Biheviorizm şagirdin müvəffəqiyyətini, vərdişlərin formalaşma effektivliyini, təkrar və möhkəmləndirməni asanlıqla ölçməyə imkan verir. Mənfi tərəfi isə daxili düşüncələrin, motivasiyanın və dərketmənin nəzərə alınmaması, yalnız xarici davranışa fokuslanmasıdır. Koqnitivizm çərçivəsində diqqət fərdin düşüncə prosesinə, yaddaş strukturlarına, informasiyanın qəbulu, emalı və yadda saxlanılması mexanizmlərinə yönəldilir.

Koqnitivizm təfəkkürün inkişafına, adaptasiya qabiliyyətinə, həmçinin bacarıq və vərdişlərin formalaşmasına kömək edir. Bu konsepsiya keyfiyyət və kəmiyyət təhlili əsasında aparılan nəticələrin qiymətləndirilməsində çətinlik yaradır. İşdə müasir təhsil prosesində hər iki anlayışın elementlərinin inteqrasiyası məsələləri nəzərdən keçirilir. Qeyd olunur ki, təlimin effektiv təşkili müəyyən davranış reaksiyalarının formalaşmasını, idrak aktivliyinin, tənqidi və məntiqi təfəkkürün, habelə müstəqil operativliyin inkişafını nəzərdə tutur.

Beləliklə, biheviorist və koqnitiv təlim strategiyalarının sintezi təhsil prosesinin effektivliyinin və məhsuldarlığının artırılmasına, eləcə də təhsilalanın şəxsi-fərdi keyfiyyətlərinin inkişafına şərait yaradır.

Açar sözlər: koqnitivizm, biheviorizm, təfəkkür, vərdiş, yaddaş, qabiliyyət, təhlil


Baxış: 4