Arxiv
Nature & Science 2026 Nature & Science 2025 Nature & Science 2024 Nature & Science 2023 Nature & Science 2022 Nature & Science 2021 Nature & Science 2020 Nature & Science 2019 Arxiv

HAQQINDA

 

Nature & Science aqrar elmlər, biologiya elmləri və kimya elmləri üzrə orijinal tədqiqat və icmal məqalələri dərc edən resenziyalı açıq girişli beynəlxalq elmi jurnaldır.

Jurnal 2019-cu ildə Azərbaycan Elm Mərkəzi tərəfindən Təbiət və Elm adı ilə təsis edilmiş və həmin ildən dövlət qeydiyyatına alınaraq Azərbaycan dilində çap olunmağa başlamışdır. Eyni ildə jurnal Beynəlxalq ISSN Mərkəzində qeydiyyatdan keçirilmiş və jurnala ISSN təyin edilmişdir.

ISSN: 2707-1146
e-ISSN: 2709-4189

 

Jurnalın məqsədi aqrar elmlər, biologiya elmləri və kimya elmləri sahələrində yüksək keyfiyyətli elmi tədqiqatların nəşrini təşviq etmək və elmi biliklərin beynəlxalq miqyasda yayılmasına töhfə verməkdir.

2024-cü ildən (Cild 6, Sayı 4) jurnal Nature & Science adı ilə ingilis dilində nəşr olunmağa başlamışdır. Həmin ildən (Cild 6, Sayı 11) etibarən jurnalın elm sahələri aqrar elmlər, biologiya elmləri və kimya elmləri üzrə müəyyən edilmişdir. Əvvəlki illərdə jurnal tibb və əczaçılıq elmləri, fizika və astronomiya, eləcə də yer elmləri və coğrafiya üzrə məqalələr dərc etmişdir.

2025-ci ilə qədər jurnal aylıq, 2026-cı ildən etibarən il ərzində 6 dəfə (iki aydan bir) çap olunur.

Beynəlxalq akademik standartlara uyğun olaraq, jurnal tədqiqatçılara elmi nəticələrini qlobal səviyyədə paylaşmaq üçün platforma təqdim edir və bütün təqdim edilən məqalələrin ikitərəfli kor baxış (double-blind peer-review) prosesindən keçməsini təmin edir. Jurnalda çap olunan məqalələrə Rəqəmsal Obyekt İdentifikatoru (DOI: 10.36719) təyin edilir. Bu, məqalənin qlobal elmi ictimaiyyət üçün əlçatanlığını təmin edir.

 

Yayımçı: Azərbaycan Elm Mərkəzi
Veb-sayt: https://aem.az/

E-poçt: info@aem.az

Ünvan: A.M. Şərifzadə 19, Yasamal rayonu, Bakı AZ1073, Azərbaycan