Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Süleymanova Fatma Qoşqay qızı
Açar sözlər: rəssam, neft, əsər, rəngkarlıq, mənzərə, sənaye
Key words: artist, oil, painting, work, landscape, industry 
Ключевые слова: Художник, нефть, произведение, живопись, пейзаж, индустрия
 

Tahir Salahov yaradıcılığında Xəzər dənizində çalışan neftçilərin obrazları, Neft daşları xüsusi yer tuturdu. Rəssamın sərt üslubun gözəl nümunələrindən sayılan “Neft Daşlarında” (1955), “Neft Daşları” (1956), “Növbədən qayıdarkən” (1957), “Səhər eşelonu” (1958), “Çənlər” (1959), “Çənlər parkı” (1959), “Təmirçilər” (1960) əsərlərini göstərmək olar. Yeni üslubda işlənmiş bu tabloları gənc rəssamı yalnız Azərbaycanda deyil, keçmiş SSRİ məkanının təsviri sənət aləmində böyük şöhrət gətirdi. Rəssam hər zaman ön planda sənaye mənzərəsini verir. Ancaq bununla belə rəssam obrazlı təfəkkürə əsaslanaraq özünün ən gözəl əsərlərini bədii ümumiləşdirmə yolu ilə canlandırır. Obrazlı təfəkkürə əsaslanan rəssamın əsərləri sırasına “Neft Daşlarında” əsərinin adını çəkə bilərik. Bu əsəri da həm rəng həlli, həm də kompozisiya xüsusiyyətlərinə görə xeyli maraq doğurur. Sovet dövrünün bu mövzuda yaradılmış əsərlərində əsas xüsusiyyət parlaq rəng, kulminasiyanın pafosu idi. T.Salahovu öz müasirlərindən fərqləndirən əsas cəhət və ustalığı o idi ki, rəssam qürub çağı Xəzəri və səmanı, gəmiləri və insan siluetlərini böyük məharətlə təsvir edirdi. Rəssam əsərlərində əsasən tünd və boğuq rənglərdən isitifadə etsə də bu cür hal izləyicidə mənfi hiss oyatmır.


Baxış: 1147