Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/212-215

Aytən İsmayılova
Xəzər Universiteti

magistrant
https://orcid.org/0009-0001-1988-6337

aytan.ismayilova2024@khazar.org

 

Startupların maliyyə riskləri və qeyri-müəyyənlik faktorları

Xülasə

 

Müasir iqtisadiyyatda startuplar innovasiya və texnoloji inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Lakin onların fəaliyyəti yüksək maliyyə riskləri və qeyri-müəyyənlik şəraitində formalaşır. Startuplar adətən məhdud kapital, qeyri-sabit gəlir axını və bazarda tanınmama problemi ilə üzləşirlər. Bu isə likvidlik çatışmazlığı, investisiya riskləri və nağd pul axınının qeyri-sabitliyi kimi maliyyə risklərini artırır.

Startupların əsas maliyyə risklərinə kapitalın çatışmazlığı, investorlardan asılılıq, bazar riskləri, əməliyyat xərclərinin düzgün proqnozlaşdırılmaması və gəlirlərin gecikməsi daxildir. Xüsusilə ilkin mərhələdə biznes modelinin sınaqdan keçirilməsi dövründə gəlir əldə etmə qeyri-müəyyən xarakter daşıyır. Bu isə risklərin ölçülməsi və idarə olunmasını çətinləşdirir.

Qeyri-müəyyənlik faktorları isə əsasən bazar tələbinin dəyişkənliyi, rəqabət mühitinin sürətli transformasiyası, texnoloji yeniliklərin sürəti, hüquqi tənzimləmələr və makroiqtisadi sabitliklə bağlıdır. Startuplar innovativ məhsul və ya xidmət təqdim etdikləri üçün çox zaman bazarın reaksiyası əvvəlcədən dəqiq proqnozlaşdırıla bilmir. Bundan əlavə, valyuta məzənnələrinin dəyişməsi, inflyasiya və investisiya mühitindəki dalğalanmalar maliyyə sabitliyinə birbaşa təsir göstərir.

Açar sözlər: startuplar, maliyyə, investisiya, likvidlik, nağd, kapitalın, bazar

 

 


Baxış: 4