Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019
Sevda İsmayılova
Bakı Dövlət Universiteti
  tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0003-4450-615
sevdaismayilova@rambler.ru

Sovet hakimiyyətinin Azərbaycanda milli-mənəvi sahədə həyata keçirdiyi siyasət (1920–1940-cı illər)

Xülasə

Məqalədə Azərbaycanda Aprel işğalından sonra sovet hakimiyyətinin 1920–1940-cı illərdə din, dil, təhsil, elm sahəsində apardığı siyasət və onun mahiyyəti açılır, II Dünya müharibəsindən sonrakı stalinizmin elm və təhsilə vurduğu zərbənin Azərbaycan elmində mənfi təzahürləri şərh edilir. Bolşevik hökumətinin “Allahsızlar cəmiyyəti” yaratması, Azərbaycan xalqını öz mənəvi köklərindən uzaqlaşdırmaq, onun birliyini sarsıtmaq üçün din xadimlərinə, məscidlərə, islam dini ayini olan məhərrəmliyə, müqəddəs bayramlardan Ramazan və Qurban bayramlarına qarşı mübarizəsi araşdırılır. Azərbaycanda yeni təhsil sisteminin yaradılmasında sovet hakimiyyətinin əsas siyasəti göstərilir, bu siyasətin mahiyyətcə sovet rejiminə və mövcud quruluşa sədaqətli yeni gənc nəsil yetişdirmək, savadlı yerli kadrlar hazırlamaqdan ibarət olması araşdırılır. Azərbaycanda sovet hakimiyyətinin savadsızlığın ləğvi, əlifba islahatları sahəsində həyata keçirdiyi siyasətin mahiyyəti açıqlanır. BDU-nun milliləşdirilməsi səbəbləri araşdırılır.
Açar sözlər: Azərbaycan SSR, sovet hakimiyyəti, xalq təhsili, əlifba islahatları, savadsızlığın ləğvi, kommunist ideologiyası, milliləşdirmə

 


Baxış: 5