Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/42/73-78

Səadət Əliyeva

Naxçıvan Dövlət Universiteti

eliyevaseadet@gmail.com

https://orcid.org/0000-0003-1037-4594

 

Sosial şəbəkələrin müasir jurnalistikaya təsiri

 

Xülasə

Son onillik internetin yeni, sürətlə inkişaf edən fenomeni – sosial media ilə xarakterizə olunur. Sosial media məzmun istehsalçıları üçün yeni ünsiyyət formasıdır. Bunun üçün istifadəçilərin özləri tərəfindən məzmunun birgə istehsalı amili həlledici əhəmiyyət kəsb edir. Hər bir oxucu şərhçi, reportyor və ya fotomüxbir funksiyalarını yerinə yetirə bilər. Bu, istifadəçilərin bir-biri ilə əlaqə saxlamasına imkan verən onlayn texnologiyalar toplusudur.

WebAdvantage.net agentliyinin qurucusu və prezidenti Hollis Tomazesin sözlərinə görə, nüfuza arxalanan ənənəvi mediadan fərqli olaraq, sosial media müəyyən bir cəmiyyətə mənsub olmaq hissinə söykənir. Sosial media özündə bloqları və sosial şəbəkələri ehtiva edir. Sosial media bir çox istifadəçi və müşahidəçi tərəfindən yeganə həqiqi ictimai sfera kimi qiymətləndirilir.

Açar sözlər: sosial şəbəkə, ənənəvi media, xəbər agentlikləri, reportaj, operativ, bloq, rəqəmsal jurnalistika, agentlik, multimedia


Baxış: 564