DOI: https://doi.org/10.36719/2706-6185/54/48-54
Nuray Rüstəmova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0000-0002-2336-5067
nf.rustamova@adpu.edu.az
Zeynəb Bağırova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kolleci
https://orcid.org/0009-0003-7220-5902
zheydarovabaqirova@mail.ru
Sinif idarəetməsinə yeni baxış:
Mədəniyyət yönümlü siyasətə doğru
Xülasə
Bu tədqiqat ənənəvi sinif idarəçiliyindən sinif mədəniyyətinə keçidin üstünlüklərini araşdırmaq, bu keçidin müasir tələbələrinin təhsil həyatında oynadığı rolun üstünlüklərini təhlil etmək məqsədi daşıyır.Tədqiqatda nəzarətə əsaslanan idarəetmənin məhdudiyyətlərini araşdırır, daha çox tələbə mərkəzli, qarşılıqlı emosional öyrənmə mühitinə ehtiyacı vurğulayır. Tədqiqat sinif mədəniyyətinin əsas xüsusiyyətlərini, o cümlədən müsbət mühit, qarşılıqlı hörmət, fəal tələbə iştirakını və sosial emosional bacarıqların təşviqinə təkan verir.
Tədqiqat zamanı müəllimlərin iştirakı ilə aparılmış təlimin diaqnostik qiymətləndirilməsinin nəticələri təhlil edilmişdir. Müəllimlər sinif mədəniyyətini formalaşdıran amillər üzrə 35 günlük təlimdə iştirak etmişlər. Araşdırma zamanı kəmiyyət və keyfiyyət dəyişmələrini, təlim mövzularının təsirini müəyyənləşdirmək üçün müxtəlif metodlardan istifadə edilmişdir: təsviri statistika, əvvəl-sonra müqayisəsi, dəyişkənlik təhlili.
Belə ki, təsviri statistika metodu diaqnostik qiymətləndirmənin nəticələrinə ədədi ortanın hesablanması, standart meylin tapılması vasitəsi ilə tətbiq edilmişdir. Əvvəl-sonra müqayisəsi ilə təlimin təsir gücünü ölçərkən, dəyişkənlik təhlili ilə nəticələrin dəyişib-dəyişmədiyi təhlil edilmişdir.
Nəticəyə əsasən qeyd edə bilərik ki, sinif mədəniyyətinin formalaşdırılması hər bir müəllim üçün vacib yanaşma olduğu kimi, həm də hər bir sinif üzrə iştirakçıların fərdi xüsusiyyətlərindən asılı olaraq fərqli sinif mədəniyyətləri formalaşdırılması vacibdir.
Açar sözlər: mədəniyyət, idarəetmə, sinif idarəetməsi, sinif mədəniyyəti, müasirlik, əməkdaşlıq