Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/45-50

Şahin Səmədzadə

Kipr Amerika Universiteti

doktorant

  https://orcid.org/0009-0005-6095-3502

sahin.sve.semedzade@gmail.com

 

Şimal ölkələri aspektindən beynəlxalq turizm

 

Xülasə

“Beynəlxalq turizm” anlayışının son dövrlərdə geniş vüsət alması və cəmiyyət tərəfindən fəal tələffüz edilməsi səyahətə meyilli insanların müxtəlif turizm məqsədlərilə bir sıra xarici ölkələrə üz tutmalarına səbəbiyyət vermişdir. Beynəlxalq turizm özlüyündə müxtəlif növ turizm fəaliyyətlərinə malik coğrafi məkanlara çoxməqsədli turizm səfərləri təşkil etməklə mütərəqqi turizm fəaliyyətinin həyata keçirilməsi prossesidir. Biz cari məqaləmizdə Şimali Avropa turizm regionuna daxil olan ölkələrin mövcud turizm vəziyyətləri haqqında ətraflı araşdırmalar apararaq və öz subyektiv fikirlərimizi bölüşərək yekun qənaətə gələcəyik. Məlum olduğu kimi, müasir dövrdə milyonlarla turist öz asudə vaxtını səmərəli keçirmək üçün son dərəcə əlverişli hesab edilən və səyahət boyunca əsrarəngiz təbiət ünsürlərinə əyani tamaşa etməyə imkan verən əsas istirahət destinasiyalarından biri kimi Avropa qitəsinin şimalına üstünlük verməkdədir. Uzun və qədim tarixi dövrlər ərzində demək olar ki, heç bir antropogen təsirlərə məruz qalmayan və toxunulmamış hesab olunan bu torpaqlar bir sıra müxtəlif turizm fəaliyyətlərinin təbiət qoynunda həyata keçirilməsində danılmaz rola malikdir. Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, Şimali Avropa regionunu beynəlxalq turizm səfərlərində aktiv iştirak edən turistlər üçün cazibəli edən digər amillərdən biri də regionun muzey, teatr və s. kimi çoxsaylı və unikal mədəniyyət nümunələri və komplekslərini özündə ehtiva etməklə özünəməxsus mədəni mühitə nail olmasıdır. Bir sözlə, beynəlxalq turizm şimalda özünün pik səviyyəsinə çatır.

Açar sözlər: İsveç, Norveç, Finlandiya, Danimarka, İslandiya, beynəlxalq turizm


Baxış: 246